Putin Rusiyanın beynəlxalq hesablaşmalarında Rublun payını açıqlayıb
Prezidentin sözlərinə görə, Rusiya dollardan və Qərbin digər ehtiyat valyutalarından asılı olmayaraq sabit, təhlükəsiz beynəlxalq ödənişlər sisteminin formalaşdırılması istiqamətində tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək.Rusiyanın beynəlxalq hesablaşmalarında rublun payı 2021-ci ilin dekabr ayı ilə müqayisədə iki dəfə artaraq üçdə birinə (32,4 faizə - red) yüksəlib.
Marja xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
"Qeyd etmək istərdim ki, beynəlxalq hesablaşmalarımızda Rus rublunun payı 2021-ci ilin dekabr ayı ilə müqayisədə iki dəfə artaraq üçdə birini təşkil edib. Dost ölkələrin valyutaları ilə birlikdə bu, artıq yarıdan çoxdur. ABŞ dollarından və digər Qərbin digər valyutalarından asılı olmayan sabit, təhlükəsiz beynəlxalq hesablaşmalar sisteminin formalaşdırılması üzrə tərəfdaşlarla birlikdə işləməyə davam edəcəyik", - Putin deyib.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin əvvəlində Rusiyanın xarici ödənişlərində dollar və avronun payı 79% təşkil edirdisə, dekabrın əvvəlində bu rəqəm təxminən 50%-ə enib.
ABŞ və Avropa İttifaqının sanksiyaları fonunda 2022-ci ilin yanvar-sentyabr aylarında dollar və avro valyutalarda hesablaşmaların payı azalıb: dollarla 52%-dən 34%-ə, avro ilə 35%-dən 19%-ə qədər. Ticarətin Asiya istiqamətinə yönləndirilməsi, Çin və digər ölkələrin şirkətləri ilə mövcud müqavilələr üzrə hesablaşmaların valyutasının dəyişdirilməsi Çin yuanı ilə hesablaşmaların payınıı 0,4%-dən 14%-ə, rublla isə 12,3%-dən 32,4%-ə qədər artırıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















