Sabirabadda yanan zavod hansı şirkətə məxsusdur?
Hazırda Sabirabad rayonunun Axtaçı Muğan kəndində yerləşən pambıq emalı zavodu yanır.
Marja.az xəbər verir ki, “MKT İstehsalat Kommersiya” MMC-nin Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunun olduğu məlumdur. "Sabirabad MKT" adlanan müəssisədə mahlıc və çiyid istehsal edilir.
Müəssisənin Sabirabadda ən böyük pambıq emalı zavodu olduğu bildirilir.
Sabirabad Rayon İcra Hakimiyyətinin saytında belə bir məlumat yerləşdirilib: "2020-ci ildə, uzun müddət fəaliyyəti dayanmış “MKT İK” MMC Sabirabad rayon filialının rayonun Axtaçı Muğan kəndində yerləşən, sutkada 75 ton mahlıc istehsal edən emal müəssisəsinin fəaliyyəti bərpa olunmuşdur".
Axtaçı Muğan kəndində yerləşən pambıq emalı zavodu xalq arasında ""Gilan"ın zavodu" kimi tanınır. Əvvəl bu zavod "Azərcot" MMC-nin balansında olub. 2016-cı ildə "Azərcot" şirkəti “MKT İstehsalat Kommersiya” şirkətinə birləşdiyini elan edib.
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























