Nəhəng banklar Türkiyə Mərkəzi Bankından faiz endirimi gözləyirlər
Morgan Stanley iqtisadçıları fevralın 23-də keçiriləcək Pul Siyasəti Komitəsinin iclasında Türkiyə Mərkəzi Bankın uçot dərəcəsini 1,00 faiz bəndi endirəcəyini gözləyirlər.
ABŞ-ın nəhəng banklarından biri olan Morgan Stanley, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) fevral ayı üzrə faiz qərarı ilə bağlı proqnoz verib.
Marja xəbər verir ki, Morgan Stanley iqtisadçıları tərəfindən dərc edilən 17 fevral tarixli hesabatda, "Gələn həftə pul siyasəti faizinin 1,00 faiz bəndi azaldılaraq 9 faizdən 8 faizə endiriləcəyini gözləyirik. Bununla belə, bankların, xüsusən də dövlət banklarının zəlzələ fəlakətinin aradan qaldırılması üçün dəstəklərinə olan ehtiyacın mart iclasında 1,50 faiz bəndi endirim və ya əlavə endirim ehtimalını artırdığı qənaətindəyik", - deyilir.
Hesabatda, daha çox fiskal stimullaşdırma və daha yumşaq pul siyasətinin inflyasiyaya səbəb ola biləcəyi, lakin seçkilərə gedərkən makro siyasət çərçivəsində hər hansı bir dəyişikliyin gözlənilmədiyi bildirilib.
İqtisadçılar hesabatda, Morgan Stanley-in 2023-cü ilin sonunda 48 faiz inflyasiya proqnozu üçün əhəmiyyətli yuxarı doğru risklərin olduğunu qiymətləndiriblər.
İqtisadçılar bildiriblər ki, zəlzələ fəlakətinin makroiqtisadi təsirləri və yenidənqurma prosesində maliyyə ehtiyacları idarə edilə bilər. Həmçinin iqtisadçılar, zəlzələdə mənzil fondunun itkisini 24 milyard dollar (ÜDM-in 2,9 faizi) səviyyəsində hesabladıqlarını bildirdilər.
ABŞ-ın digər iri bankı JPMorgan tərəfindən həftənin əvvəlində dərc edilən hesabatda, TCMB-nin faizini fevral ayında 1,00 faiz bəndi azaldacağı proqnozlaşdırılırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
16 d. əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
-
- 18 d. əvvəl
-
48 d. əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
1 saat əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
1 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 2 saat əvvəl
Son Xəbərlər

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi

Azərbaycan neftinin son qiyməti

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
Ən çox oxunanlar

Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
