Sumqayıt Texnologiyalar Parkına Baş mühasib tələb olunur
İş elanını dərc edən: Sumqayıt Texnologiyalar Parkı
Vakansiya: Baş mühasib
Son tarix: 16 mart 2023
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
- MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi.
Hansı işləri görəcəksiniz:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin
uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının,
çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq 15.03.2023- ci il tarixinədək [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























