"İxrac rekord həddə artdığı üçün daxili bazarda ehtiyat tükəndi və o üzdən qiymət bahalaşdı"
Soğanın istehsal coğrafiyası da genişdir. Bu gün təxminən 170 ölkə onun yetişdirilməsi ilə məşğuldur. Əsas istehsalçı və ixracatçı ölkələr Niderland, Hindistan, Çin, İspaniya, Meksika, Misir və ABŞ-dır. Bununla yanaşı, başqa ölkələr də dünya bazarına az-çox soğan çıxarır.
Xəbər verildiyi kimi, fevral ayının əvvəlində Azərbaycan Respublikasının Nazirlər Kabineti soğanın ölkə ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən mallar siyahısına daxil olunması barədə qərar qəbul edib. Bəs qeyri neft-qaz sektoru üzrə ixracda maraqlı olan ölkəmizin belə qərar verməsinin səbəbi nədir? Təbii ki, daxili bazarın qorunması və istehlakçıların mənafeyinin nəzərə alınması. Məlumdur ki, daxili bazarda cari ilin əvvəlindən soğanın qiyməti kəskin şəkildə artaraq 1,2-1,7 manata qədər yüksəlib. Qiymətin belə bahalaşması alıcılıq qabiliyyəti aşağı olan istehlakçılara çətinlik yaradıb. Odur ki, hökumət bunun qarşısını almaq üçün soğanın ixracını tənzimləməklə yanaşı, idxalı stimullaşdırmaq məqsədilə tədbir görüb. Yəni soğanı gömrük rüsumundan azad edib.
Kənd Təsərrüftaı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə də deyir ki, dünya bazarında soğana olan tələbatın çoxalması və qiymətin yüksək olması ölkəmizdən onun ixracının görünməmiş həcmdə artmasına səbəb olduğu üçün daxili tələbatın ödənilməsində problemlər yaşanmağa başlandı: "Təkcə ötən ilin dekabr ayında Azərbaycandan 727, cari ilin yanvarında isə 1864 ton soğan ixrac olundu. Daxili bazarda illik soğan istehlakı təxminən 250-270 min tondur. Hər il daxili tələbatdan 45-50 min ton çox ehtiyat yaranırdı. Məlum səbəbdən bu il ixrac rekord həddə artdığı üçün daxili bazarda ehtiyat tükəndi və o üzdən qiymət bahalaşdı".
Elə isə belə halların təkrar olunmaması üçün nə etmək lazımdır? Fikrimizcə, bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Belə ki, nazirlik təkcə soğanın deyil, digər kənd təsərrüfatı məhsullarının da dünya bazarındakı vəziyyətini daim nəzarətdə saxlamaqla təhlillər aparmalıdır. Bundan sonra yerlərdə fermerlərlə görüşlər keçirib hansı məhsullara daxili və xarici bazarlarda tələbatın olması barədə məlumat verməlidir. Belə olan halda daxili tələbat ödəndikdən sonra ixracı da artırmaq mümkündür. Bu həm fermerlərin, həm də yerli istehlakçıların xeyrinə olar.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















