Türkiyənin bank sektoru mənfəətinin bir hissəsini zəlzələdən zərər çəkənlər üçün ayırıb
Türkiyənin bank sektoru 2022-ci il mənfəətindən 50 milyard türk lirəsi (4 milyard 500 milyon manat) zəlzələnin nəticələrinin aradan qaldırılmasına ayırıb.
Marja.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Baş Qərargahında keçirilmiş toplantıdan sonra mətbuata bəyanatla çıxışında bildirib.
"Bank sektorumuz, Xəzinə və Maliyyə Nazirliyinin rəhbərliyi altında, 2022-ci il mənfəətinin müəyyən bir hissəsini - indiyə olan məlumata görə, təxminən 50 milyard lirə həmrəylik paketi olaraq zəlzələ üçün ayırıb. Bu məbləğ zəlzələdən zərər çəkənlər üçün görüləcək işlərə sərf olunacaq",- Prezident bildirib.
Ərdoğan qeyd edib ki, zəlzələnin təsir etdiyi bölgələrdə sahibkarlıq subyektləri üçün əlavə kredit zəmanət fondları hazırlanmışdır: "Ölkəmizin ixracatına 20 milyard dollar qatqı təmin edən bölgənin ayağa qalxması üçün hər cür töhfələri verəcəyik".
Prezident əlavə edib ki, təxminən 638 min vergi ödəyicisi vergi təxirə salınmalarından və bank qaydalarından faydalanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























