Şimali Amerika səmasında naməlum obyekt vuruldu - ABŞ VƏ KANADA LİDERLƏRİ ARASINDA DANIŞIQ
Kanadanın şimal-qərbində səmada naməlum obyekt vurulub.
Marja xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trudeau bildirib.
"Kanadanın hava məkanını pozan naməlum obyekti vurmağı əmr etdim. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) bu obyekti Yukon səmasında vurdu. ABŞ və Kanada təyyarələri havaya qaldırıldı, Amerikanın F-22 təyyarəsi isə hədəfi müvəffəqiyyətlə vurdu", - Şimali Amerika ölkəsinin baş naziri bildirib.
O, həmçinin deyib ki, bu hadisə fonunda səhər saatlarında amerikalı həmkarı Co Baydenlə telefon danışığı olub.
"İndi Kanada Qüvvələri bu obyektin qalıqlarını çıxarmaq və tədqiq etmək niyyətindədir. Şimali Amerikanı qoruduğuna görə NORAD-a təşəkkür edirəm", - Trudeau əlavə edib.
Kanada üzərində səmada vurulan naməlum obyekt pilotsuz olub, ABŞ və Kanada hərbçiləri son 24 saat ərzində onu izləyiblər,- Justin Trudeau. əlavə edib.
Bundan əlavə, Bayden və Trudeau söhbət zamanı təyinatını və mənşə ölkəsini öyrənmək üçün vurulmuş naməlum obyektin qalıqlarının çıxarılmasının vacibliyini qeyd ediblər. İki lider Şimali Amerika hava məkanında bu cür cihazları aşkar etmək və izləmək üçün yaxından işləməyə davam etmək barədə razılığa gəliblər.
Verilən məlumata görə, ilk öncə uçan obyekt Alyaska üzərində yüksək hündürlükdə aşkar edilib. O, şənbə günü Kanadanın hava məkanına keçib. Obyekt təxminən 13 km yüksəklikdə uçurmuş.
Kanada üzərində vurulan obyektin Çindən göndərildiyi barədə şaiyələr yayılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
7 d. əvvəl
"Azərkosmos": "Azersky-2" peyki proqramının icrası cədvəl üzrə davam edir
-
10 d. əvvəl
Unicapital təqdim edir: FINCA-dan yüksək gəlirli dollar istiqrazları
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 24 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Azərbaycan neftinin son qiyməti
İndi investisiya et, istənilən vaxt sat!
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"AccessBank" oturacaqların təchizatı üzrə tender elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)










.jpg)

