Naxçıvanbank kollektivindən Türkiyəyə dəstək - FOTO/VİDEO
"Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyətinin kollektivi Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 500 nəfərlik müxtəlif zəruri ehtiyac və qida məhsullarından ibarət qutular hazırlayaraq yardım toplama məntəqəsinə təhvil verib.
Bankdan bildirilib ki, qardaş Türkiyə Respublikasında baş verən faciəvi zəlzələnin ilk günlərindən Naxçıvanbankın bir çox əməkdaşı Türkiyəyə ianə köçürmələri həyata keçirmiş və yardımlar göndərmişdir.
Kollektiv olaraq isə növbəti dəfə zərərçəkənlər üçün zəruri ehtiyac və qida məhsulları qutulara yığılaraq Naxçıvanda yerləşən yardım toplama məntəqəsindən Türkiyəyə yola salınmışdır.
Həmçinin Naxçıvanbank tərəfindən Qardaş Türkiyəyə ianə köçürmələri üzrə komissiya haqqı da ləğv edilmişdir ki, bununla da müştərilərin ianələrini daha rahat, sürətli və komissiyasız həyata keçirməsi təmin olunmuşdur. Ümid edirik ki, Türkiyədə zəlzələdən qaynaqlanan bütün problemlər tezliklə aradan qalxacaq və zərərçəkənlərin həyat səviyəsi daha da yaxşılaşacaq.
"Naxçıvanbank olaraq bu istiqamətdə hər zaman Qardaş Türkiyə Respublikasının yanındayıq və dəstək olmağa davam edəcəyik. Zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa və ailələrinə səbr diləyirik",- Bankın məlumatında bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























