Rusiya Mərkəzi Bankı ardıcıl üçüncü dəfə faizini dəyişməyib
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 7,5% səviyyəsində saxlayıb. Bank 2023-cü ildə əsas faiz dərəcəsinin azaldılması imkanını istisna etmir. Bununla belə, 2024-cü ildə 4% inflyasiya hədəfinə çatmaq üçün onun artırılmasına da ehtiyac ola biləcəyi ehtimalı artır.Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini 7,5% səviyyəsində saxlayıb.
2022-ci ilin birinci yarısında siyasətin sürətli yumşaldılmasından sonra tənzimləyici fasilə verib.
"Rusiya Mərkəzi Bankının İdarə Heyəti fevralın 10-da keçirdiyi iclasda əsas faiz dərəcəsini 7,5% səviyyəsində saxlamağa qərar verib", tənzimləyici bildirib.
Bu, Mərkəzi Bankın faiz dərəcəsini 7,5% səviyyəsində dəyişməz saxladığı ardıcıl üçüncü iclasdır (keçən ilin sentyabrından bəri).
“Mövcud qiymət artım templəri mülayim olaraq qalır. Əhalinin və biznesin inflyasiya gözləntiləri azalıb, lakin yüksək səviyyədə qalır. İqtisadi aktivliyin dinamikası Rusiya Mərkəzi Bankının oktyabr ayı proqnozundan daha yaxşıdır. Əhali hələ də istehlakçı davranışında ehtiyatlı olsa da, istehlak aktivliyində canlanma əlamətləri var”, - deyə Mərkəzi Bankdan bildirilib.
Rusiya Mərkəzi Bankı inflyasiya daha uzun müddət yüksək səviyyədə qalarsa və ya yüksələrsə faizini artırmağa hazır olduğunu bildirib.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın sözlərinə görə, 2024-cü ildə 4% inflyasiya hədəfinə nail olmaq üçün əsas faiz dərəcəsinin yüksəldilməsinin lazım ola biləcəyi ehtimalı artır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
7 d. əvvəl
"Azərkosmos": "Azersky-2" peyki proqramının icrası cədvəl üzrə davam edir
-
10 d. əvvəl
Unicapital təqdim edir: FINCA-dan yüksək gəlirli dollar istiqrazları
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 24 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Azərbaycan neftinin son qiyməti
İndi investisiya et, istənilən vaxt sat!
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"AccessBank" oturacaqların təchizatı üzrə tender elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)








.jpg)


