Neftin qiyməti ilə bağlı proqnoz yenidən nəzərdən keçirilib
"Goldman Sachs Group Inc" 2023-cü ildə neftin qiyməti ilə bağlı proqnozunu yeniləyib.
Marja xəbər verir ki, qlobal maliyyə xidmətləri şirkəti və bank, indi Brent markalı neftin bir barelinin qiymətinin əvvəllər düşünüldüyü kimi ilin ortasında deyil, dekabrda 100 dollara çatacağını gözləyir.
Bank əmtəə bazarının perspektivlərinin çox optimist qiymətləndirilməsinə sadiqdir, onun "super siklə" daxil olduğuna inanır. "Goldman Sachs" 2023-cü ildə ən böyük iqtisadiyyatlarda tələb proqnozlarının azalması, eləcə də ABŞ-da hasilat templərinin müəyyən qədər yüksəldilməsi nəzərə alınmaqla, neftin artıq təklifinin gündəlik150 min barel təşkil edəcəyini proqnozlaşdırır.
Bank analitiklərinin fikrincə, 2023-cü ildə Brent markalı neftin bir barelinin orta qiyməti əvvəllər proqnozlaşdırıldığı kimi 98 dollar deyil, 92 dollar olacaq. Brent 2022-ci ilin sonundan bəri təxminən 2% ucuzlaşaraq 84,30 dollar/barelə düşüb. Yüksək faiz dərəcələri iqtisadi artıma və elektrik enerjisinə olan tələbata mənfi təsir göstərir, eyni zamanda, investorların sanksiyalara görə Rusiyanın enerji ixracının kəskin azalması ilə bağlı qorxuları zəifləyib.
Uzunmüddətli perspektivdə neft qiymətləri yüksək olaraq qalacaq, Brent markalı neftin orta qiyməti 2024-cü ildə bir barel üçün 100 dollara çatacaq.
Goldman Sachs bildirib ki, Çinin koronavirusa qarşı sərt siyasətindən imtina etməsi ilə baş verən iqtisadi bərpası iyun ayına qədər qlobal neft bazarında tədarük çatışmazlığına gətirib çıxaracaq və “sistemli kapital qoyuluşunun çatışmazlığını ifşa edəcək”.
Bank əlavə edib ki, OPEC ölkələri bazarda tarazlığı bərpa etmək üçün 2023-cü ilin 2-ci yarısında hasilatı artıracaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
7 d. əvvəl
"Azərkosmos": "Azersky-2" peyki proqramının icrası cədvəl üzrə davam edir
-
10 d. əvvəl
Unicapital təqdim edir: FINCA-dan yüksək gəlirli dollar istiqrazları
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 24 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Azərbaycan neftinin son qiyməti
İndi investisiya et, istənilən vaxt sat!
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"AccessBank" oturacaqların təchizatı üzrə tender elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















.jpg)



