Çin şirkətləri Asiya və Avropa arasında dənizaltı internet kabeli layihəsindən geri çəkilir - FT
Çinin iki ən böyük mobil operatoru "China Telecom" və "China Mobile" Asiya və Avropa ölkələri arasında internet bağlantısını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş sualtı telekommunikasiya kabelinin tikintisi üzrə "Sea-Me-We 6" layihəsində gələcək iştirakdan imtina edib.
Marja xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən Financial Times (FT) məlumat yayıb.
Xəbərə görə, şirkətlərin ümumi sərmayələri layihənin dəyərinin təxminən 20%-ni təşkil edib.
Analoji qərar, "Microsoft", "Orange" və "Telecom Egypt" şirkətlərinin də daxil olduğu "Sea-Me-We 6" konsorsiumunun xətti çəkmək üçün Çinin bu sahədə lider olan "Hengtong Marine" şirlətinin deyil, Amerikanın "SubCom" şirkətini seçməsindən sonra qəbul edilib.
Lakin üçüncü Çin şirkəti "China Unicom" layihədən geri çəkilməyib.
FT-yə görə, layihənin həyata keçirilməsi ilə bağlı vəziyyət, "qlobal onlayn trafikin infrastrukturuna nəzarətlə bağlı Vaşinqton və Pekin arasında" artan gərginliyi əks etdirir.
Dəyəri təxminən yarım milyard dollar olan “Sea-Me-We 6” layihəsinə görə, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Qərbi Avropanı birləşdirən 19,2 min km kabel xəttinin çəkilməsi nəzərdə tutulur. İşlərin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
7 d. əvvəl
"Azərkosmos": "Azersky-2" peyki proqramının icrası cədvəl üzrə davam edir
-
10 d. əvvəl
Unicapital təqdim edir: FINCA-dan yüksək gəlirli dollar istiqrazları
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 24 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Azərbaycan neftinin son qiyməti
İndi investisiya et, istənilən vaxt sat!
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"AccessBank" oturacaqların təchizatı üzrə tender elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)



