Zəlzələdən sonra sement şirkətlərinin səhmləri kəskin bahalaşıb
Türkiyədə baş vermiş güclü zəlzələlərdən sonra İstanbul Fond Birjasında (Borsa İstanbul) sement istehsal edən şirkətlərin səhmlərində kəskin bahalaşma müşahidə olunub.
Marja.az xəbər verir ki, "Konya Çimento", "Oyak Çimento", "Nuh Çimento", "Akçansa Çimento", "Göltaş Çimento", "Afyon Çimento", "Bursa Çimento", "Niğde Beton", "Çimbeton" şirkətlərinin səhmlərində kəskin bahalaşma qeydə alınıb.
Bir sıra sement istehsalçılarının səhmləri 20%-ədək bahalaşıb.
Sürətli bahalaşmadan sonra "Borsa İstanbul" sement səhmlərinə məhdudiyyətlər qoyub. Açıqlamaya görə, "Dəyişkənliyə (volatilliyə) əsaslanan tədbirlər sistemi" çərçivəsində 8 Fevraldan 7 Mart tarixinədək qədər (1 ay) qısa satış və marja ticarəti məhdudiyyətləri tətbiq edilib.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində dağılmış 10 şəhərin 1 il ərzində yenidən qurulmasının hədəfləndiyini bildirib. Nəhəng tikinti işləri zamanı sementə çox böyük tələb olacaq.
Bazar ertəsi Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ 10 şəhərə (Kahramanmaraş, Kilis, Diyarbakır, Adana, Osmaniye, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay) ciddi dağıntılara səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
4 d. əvvəl
"Azərkosmos": "Azersky-2" peyki proqramının icrası cədvəl üzrə davam edir
-
7 d. əvvəl
Unicapital təqdim edir: FINCA-dan yüksək gəlirli dollar istiqrazları
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 21 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Azərbaycan neftinin son qiyməti
İndi investisiya et, istənilən vaxt sat!
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"AccessBank" oturacaqların təchizatı üzrə tender elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)









.jpg)



