ABŞ Energetika Nazirliyi 2023-cü il üçün ölkədə neft hasilatı proqnozunu yüksəldib
ABŞ Energetika Nazirliyi ölkədə neft hasilatı proqnozunu 12,49 milyon barrelə çatdırıb.ABŞ Energetika Nazirliyi ölkədə orta hesabla gündəlik neft hasilatı proqnozunu cari il üçün 80 min barel artıraraq 12,49 milyon barel/günə qədər artırıb, 2024-cü il üçün isə 160 min barel azaldaraq 12,65 milyon barel/günə endirib.
Marja xəbər verir ki, bu barədə Energetika Nazirliyinin İnformasiya Administrasiyasının aylıq qısamüddətli proqnoz məlumatlarında bildirilir.
Yanvarda ABŞ Energetika Nazirliyi 2023-cü il üçün proqnozunu 70 min barel artıraraq gündəlik 12,41 milyon barrel/günə, 2024-cü il üçün proqnozunu isə gündəlik 12,81 milyon barrel/günə çatdırmışdı.
2022-ci ildə ABŞ-da günlük neft hasilatı 11,9 milyon barel olub.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi dünyada neftə tələbat proqnozunu bir qədər dəyişib: 2023-cü ildə onu günlük 100,47 milyon barelə endirib, 2024-cü ildə isə günlük 102,26 milyon barelə qədər artırıb.
Energetika Nazirliyi yanvar hesabatında 2023-cü ildə dünyada neftə tələbatın günlük 100,48 milyon barel olacağını proqnozlaşdırılmışdı. Beləliklə, proqnoz günlük cəmi 10 min barel azalıb. Energetika Nazirliyi 2024-cü il üzrə gündəlik istehlakı 102,2 milyon barel səviyyəsində gözləyirdi.
Bununla belə, nazirlik qeyd edir ki, qlobal iqtisadi şəraitin dəyişməsi, eləcə də Çində koronavirus məhdudiyyətlərinin yumşaldılması istehlak artımı proqnozlarının qeyri-müəyyənliyini artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
3 d. əvvəl
"Azərkosmos": "Azersky-2" peyki proqramının icrası cədvəl üzrə davam edir
-
6 d. əvvəl
Unicapital təqdim edir: FINCA-dan yüksək gəlirli dollar istiqrazları
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 20 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Azərbaycan neftinin son qiyməti
İndi investisiya et, istənilən vaxt sat!
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"AccessBank" oturacaqların təchizatı üzrə tender elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























.jpg)


