Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Carlsberg 2022-ci ildə zərər edib, 2023-ün çətin bir il olacağını bəyan edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Carlsberg 2022-ci ildə zərər edib, 2023-ün çətin bir il olacağını bəyan edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın aparıcı pivə istehsalçılarından biri olan Carlsberg şirkətlər qrupu 2022-ci ili 1 milyard 63 milyon Danimarka kronu (156 milyon dollar) xalis zərər ilə başavurub. Şirkət 2021-ci ili 6 milyard 846 milyon kron xalis mənfəət ilə bağlamışdı.

Marja şirkətin maliyyə hesabatlarına istinadə xəbər verir ki, bir il əvvəl səhm üzrə 47,6 kron mənfəətdən sonra zərər 7,6 kron (1,12 dollar) təşkil edib.

Zərər Rusiya əməliyyatlarıbıb 

Carlsberg-in il ərzində cəmi gəlirləri 17% artaraq 70 milyard 265 milyon  krona (10,3 milyard dollar) çatıb. 

Dördüncü rübdə gəlir illik ifadədə 6,8% artaraq 14 milyard 579 milyon kron (2,1 milyard dollar) təşkil edib. Proqnoz 14,7 milyard kron idi.

Carlsberg 2023-cü ilin daha bir çətin il olacağını gözləyir. Enerji və xammalın bahalaşması xərclərə ciddi təsir göstərəcək və ümumilikdə yüksək inflyasiya ilə pivənin qiymətinin qalxması onun bəzi bazarlarda, xüsusən də Avropada istehlakına mənfi təsir göstərə bilər.

1847-ci ildə Danimarkada əsası qoyulmuş Carlsberg bu gün dünya pivə bazarında aparıcı mövqelərdən birini tutur. Onun portfelinə Carlsberg, Tuborg, Kronenburg daxil olmaqla 140-a yaxın brend daxildir. Şirkətin işçi heyəti təxminən 40 min nəfərdir.

Həmçinin, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Şirkət ölkədə ən böyük pivə istehsalçısıdır.

Carlsberg Tuborg Kronenburg pivə
07.02.2023 12:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ