"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir"
Son illərdə Rumıniya qaz tranzit imkanlarının inkişafına və qonşu ölkələrlə bağlantının yaradılmasına xeyli sərmayələr yatırıb. İlk olaraq biz tamamilə yeni nəqlolunma infrastrukturunu Rumıniya ərazisində yaratdıq. Həmçinin Bolqarıstan və Macarıstanla müvafiq qaydada interkonnektorların daha da təkmilləşdirilməsini tamamladıq.
Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında məlumat verib.
O qeyd edib ki, Rumıniyanın transqaz şirkəti Yunanıstan, Bolqarıstan və Macarıstanda olan qaz nəql sistemi operatorları ilə öz səylərini birləşdirərək şauquli dəhlizin inkişafına çalışdı. Beləliklə 2022-ci ilin dekabrında dörd şirkətlə imzalanmış Anlaşma Memorandumu Cənubi və Mərkəzi Avropa arasında Rumıniya vasitəsilə qaz axınının iki istiqamətə getməsini təmin edəcəkdir. Rumıniya Prezidentinin sözlərinə görə, bu da öz növbəsində bütöv bir regionun enerji təhlükəsizliynə töhfə verəcəkdir.
“2022-ci ilin yanvar ayında Rumıniyanın nəql məsələsi ilə məşğul olan operator sərmayələri yatıraraq Transbalkan qaz boru kəmərini məhz əks axın istiqamətində istismara verdi. Bu da Azərbaycandan Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə qaz həcmlərinin alternativ təchizat marşrutudur və həmçinin digər bazarlara çıxışı da təmin edir”, - deyə Klaus Yohannis diqqətə çatdırıb.
Həmçinin Rumıniya üçün digər vacib bir layihəni qeyd edən K.Yohannis deyib: “Bu da bizim strateji tərəfdaşlarımıza aiddir, Moldovaya aiddir. Çünki Kişineu paytaxt şəhərinə məhz qazın təchizatına gəldikdə, bizim razılaşmamız 2020-ci ilin oktyabrında oldu. Bu, əslində Moldovanın illik istehsalını təmin etməyə əlavə imkanlar yaradacaq. Bütün bu davamlı səylər və Rumıniyanın yatırdığı sərmayələr yekun olaraq Cənub Qaz Dəhlizinin yeni bazarlara Cənubi, Şərqi və Mərkəzi Avropada genişləndirilməsinə imkan yaradır. Bu, əslində hər iki tərəf üçün çox uduşlu vəziyyətdir. Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















