Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"Maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək" - Dövlət Xidmətinin rəisi

"Qanunu pozan subyektə qarşı cərimə onun qanunu pozması nəticəsində əldə etdiyi mənfəətdən çox olmasa həmin subyekt bu davranışı təkrar edəcək".
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək" -  Dövlət Xidmətinin rəisi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qanun pozuntuları ilə bağlı tətbiq edilən maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, bildirib ki, maliyyə sanksiyalarının tətbiq olunmasının məqsədi dövlət büdcəsinə vəsait yığmaqdan ibarət deyil:

"Bu addım daha çox həmin davranışın gələcəkdə təkrar olunmaması istiqamətindədir. Qanunu pozan subyektə qarşı cərimə onun qanunu pozması nəticəsində əldə etdiyi mənfəətdən çox olmasa həmin subyekt bu davranışı təkrar edəcək. Sanksiyaların ciddiləşdirilməsinin əsas məqsədi də gələcəkdə bu qanun pozuntularının qarşısını almaqdan ibarətdir".

M.Abbasbəyli əlavə edib ki, Rəqabət Məcəlləsi hökumətə təqdim edilib: "Hazırda sənəd Prezident Administrasiyasında baxılır və qısa müddətdə Milli Məclisə təqdim edilməsi gözlənilir".

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

"Report" 

maliyyə-sanksiyaları cərimələr
31.01.2023 12:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ