"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi"ndən bəyanat
"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi" nin Füzuli rayonunun Alıxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat yayıb.
- İyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanımızın işğal olunmuş torpaqlarında növbəti təxribat həyata keçirərək Füzuli rayonunun Alıxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki kənd sakini qətlə yetirilib, bir nəfər yaralanıb, kəndin infrastrukturuna və əhalinin mülkiyyətinə böyük ziyan dəyib.
Atəş nəticəsində dinc sakinlərin - 3 yaşlı körpə Zəhranın və onun nənəsinin qətli Ermənistanın Azərbaycana və onun xalqına qarşı uzun illərdən bəri apardığı soyqırım siyasətinin bir hissəsidir.
Artıq 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20%-dən çoxu Ermənistan tərəfindən işğal edilib, milyonlarla azərbaycanlı qardaş-bacılarımız öz ev-eşik və torpaqlarını itirərək, öz vətənlərində məcburi qaçqınlıq həyatı yaşayırlar. Münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına böyük məbləğdə zərər dəyib.
Təəssüfləndirici haldır ki, bütün bunlar dünya ictimaiyyətinin, planetimizdə sülh və sabitliyi qorumalı olan beynəlxalq birliyin, təşkilatların və iri dövlətlərin gözü qarşısınıda baş verir. Belə təşkilatların ədalətli qərarları və tələbləri isə Ermənistan tərəfindən qulaqardına vurulur.
Bütün bunlara baxmayaraq qardaş Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə barışmır və haqq işini davam etdirir.
Sıralarında Azərbaycanda çalışan türk iş adamlarını birləşdirən «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi»nin (TÜİB) bəzi üzvləri artıq 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və möhkəmlənməsinə töhfə verirlər. Bu dövrdə Azərbaycan bizim ikinci anna vətənimizə çevrilib. Böyük öndər, müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün sözləri ilə desək: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
İndi də baş verənləri – Ermənistanın bu xain və təxribat əməllərini şiddətlə qınayır və Azərbaycana dəstəyimizi bəyan edirik. TÜİB olaraq həlak olan qardaş-bacılarımızın yaxınlarına Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqının yanında və onun bir hissəsiyik.
Ötən ilin aprelindəki döyüşlərdə Azərbaycan ordusunun rəşadəti ilə torpaqların bir hissəsinin – Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ermənilərdən azad edilməsi və orada yeni həyatın başlanması üçün aparılan işləri böyük sevinclə izləyirik.
Əminik ki, Azərbaycanın haqq işi uğrunda apardığı mücadilə uğurla başa çatacaq. Şəhidlərimizin intiqamı alınacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, qardaş-bacılarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Ali İhsan Genç
TÜİB İdarə Heyətinin Sədri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























