2022-ci ildə Türkiyədə ən çox mənzil satışı olan rayonlar açıqlanıb
2022-ci ildə Türkiyədə ən çox mənzil satışının həyata keçirildiyi rayonlar açıqlanıb. Ən çox ev satılan rayonlar siyahısında İstanbul Esenyurt 36 min 315 mənzil satışı ilə lider olub. Esenyurtun ardınca 26 min 193 mənzil satışı ilə Antalyanın Alanya rayonu, üçüncü yeri isə 21 min 578 mənzillə Ankaranın Çankaya rayonu gəlir.Esenyurt rayonu, əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də Türkiyədə ən çox mənzil satışı olan rayonlar siyahısında birinci yeri tutub.
Marja.az Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına istinadən xəbər verir ki, ötən il Esenyurtda 36 min 315 mənzil satılıb. 2021-ci ildə Esenyurtda 37 min 102 ev satılmışdı.
Türkiyədə ən sıx məşkunlaşmanın olduğu Esenyurt, çoxlu yeni tikintilərin və qiymətlərin daha sərfəli olmasına görə ön plana çıxır.
2021-ci ildə satış baxımından 21-ci yerdə olan Antalyanın Alanya rayonu 2022-ci ildə ikinci yerə yüksəlib. Rusiya-Ukrayna müharibəsindən sonra xüsusilə daha çox Rusiya vətəndaşı rayonda mənzil alıb. Alanyada satılan mənzillərin sayı keçən il 119% artaraq 26 min 193 olub.
ANKARADAN 6 RAYON İLK 20-LİYƏ DAXİL OLUB
Ən çox mənzil satışı olan rayonlar siyahısında ilk 20-likdə 10 müxtəlif şəhərin rayonları yer alıb. İlk 20-liyə Ankaradan 6, Antalyadan 3, İstanbul və Qaziantepdən isə 2 rayon daxil olub.
Ankaranın Çankaya rayonu keçən il 21 min 578 ədəd satışla üçüncü olub. Çankayanın ardınca 19 min 718 ilə Bursa Nilüfer, 19 min 508 ilə Ankara Keçiören, 18 min 638 ilə Gaziantep Şehitkamil, 18 min 556 ilə Antalya Kepez və 16 min 436 ilə Ankara Mamak gəlib.
Qaziantepin Şahinbey rayonu 14986 satışla 9-cu, Beylikdüzü isə 13417 satışla onuncu olub.
İlk 20-liyə daxil olan digər rayonlar isə Konya Selçuklu, Ankara Sincan, Eskişehir Tepebaşı, Kayseri Melikgazi, Ankara Yenimahalle, Antalya Muratpaşa, Ankara Etimesgut, Elazığ Merkez, Şanlıurfa Karaköprü və Kayseri Kocasinan olub.
27 rayonda satış rəqəmi 10 mindən çox olub.
Artvin Kemalpaşa, Edirne Lalapaşa, Erzincan Tercan, Erzurum Tortum, Hakkari Merkez, Konya Kadınhanı, Manisa Demirci, Sakarya Karapürçek və Sivas Kangal 2022-ci il ərzində ən az ev satılan rayonlar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)







.jpg)






