SOCAR İstiqrazlarının satışı və qiyməti artmaqdadır
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazlarına tələbat olduqca artıb. SOCAR İstiqrazlarının təkrar bazarı üzrə market-meykeri olan “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, son günlər fiziki və hüquqi şəxslər tərəfindən istiqrazların alışı üçün müraciətlərin sayı artmağa davam edir.
Market-meyker bildirir ki, istiqrazların alınması üçün sifarişlərin həcmi müxtəlifdir: "Bəzi fiziki şəxslər 2-3 istiqraz almaq üçün sifariş versələr də, digər sifarişlərin həcmi 100-200 ətrafındadır". Son günlər xüsusilə hüquqi şəxslərin istiqrazlara marağının yüksəlməsi müşahidə olunur.
Bu aktivlik nəticəsində istiqrazların təkrar bazarda dövriyyəsinin başlandığı 2016-cı ilin oktyabrından indiyədək SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 85 milyon dollara çatıb.
İstiqrazlara tələbatın artması onların qiymətinə də təsir edib. Son aylar SOCAR İstiqrazlarının qiymətləri davamlı şəkildə artır və hazırda təkrar bazarda istiqrazların alış qiyməti 1010 dollar, satış qiyməti isə 1013-1014 dollar arasında dəyişir.
Fond bazarı ekspertləri bildirir ki, istiqrazlara tələbatın daha da artması həm qarşıdan gözlənilən faiz ödənişi, həm də istiqrazların etibarlı və gəlirli maliyyə aləti kimi tanınması ilə əlaqədardır.
Qeyd edək ki, artıq iyulun 17-də SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçiriləcək. Faiz ödənişi çərçivəsində istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon vəsait ödəniləcək. Bununla da, dövriyyəyə buraxıldığı müddətdən indiyədək istiqrazlar üzrə ödənilən faizlər 3,75 milyon dollara çatacaq.
SOCAR İstiqrazları hazırda əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür.
Xatırladaq ki, nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraz üzrə ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. Birinci və ikinci faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. 2017-ci il ərzində SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində baş tutacaq.
SOCAR İstiqrazlarını əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *19 99 qaynar xəttinə müraciət etmək lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























