“AccessBank-ı böyük gələcək gözləyir”
(®) AccessBank-ın Müşahidə Şurasının üzvü Verner Klas ilə müsahibə.
-Cənab Klas, siz regionunda üç müxtəlif bankın Müşahidə Şurası və Komitəsinin üzvüsünüz. Azərbaycanın bank sektoru regionun digər ölkələrindən nə ilə fərqlənir?
-Şərqi Avropa bank sektorunda Qərbi Avropa banklarının törəmə şirkətləri üstünlük təşkil edir. Nəticədə, onlar maliyyə dəstəyindən (kapital, borclar) əməliyyat dəstəyinə (texnologiya, təlim, risklərin idarə edilməsi) qədər müxtəlif səviyyələrdə dəstəkdən faydalanırlar. Özü-özünü təmin edən Azərbaycan bank sektoru üçün bu vəziyyət keçərli deyil.
Şərqi Avropa bankları qısamüddətli perspektivdə nəticələr verməyə məcburdurlar. Çünki onların əsas şirkətləri birjalarda iştirak edirlər və investisiya analitikləri tərəfindən yaxından izlənilirlər. Bu vəziyyət bankların uzunmüddətli perspektivə kifayət qədər diqqət yetirməmələrinə gətirib çıxarır.
-Azərbaycan bank sektorunu necə mövqeləndirərdiniz və yerli banklar və AccessBank yaxın gələcəkdə hansı sahələrə diqqət yetirməlidir?
-Bank sektoru heç vaxt fəaliyyət göstərdiyi iqtisadiyyatdan tam ayrıla bilməz. Ölkənin qaz və neftdən yüksək asılılığını nəzərə alaraq, banklar iqtisadiyyatın diverifikasiyasında əsas rolda çıxış etməlidirlər.
AccessBank əsas müştəri bazası üçün ekosistem qurmaqla mikro, KOB və pərakəndə müştərilərin qeyri-bank və qeyri-maliyyə iştirakçıları ilə daha sıx inteqrasiyasına imkan yaratmalıdır. Bank, müştərilər üçün təqdim etdiyi xidmətlərin keyfiyyətini azaltmadan paylaşım kanallarını genişləndirməli və texnologiyasını təkmilləşdirməlidir.
-Yaxın 5 ildə AccessBank-dan gözləntiləriniz nələrdir?
-Bankın gələcək fəaliyyəti onun insan resurslarının və sistemlərinin keyfiyyəti ilə müəyyən edilir. Nəzərə alaq ki, sistemlər də insanlar tərəfindən qurulur.
Fikrimcə, AccessBank-ı böyük gələcək gözləyir. Bank faktiki olaraq istənilən növ böhrandan uğurla çıxdığını sübut edib, yerli və hətta regional kontekstdə həddindən artıq çeviklik və yaradıcılıq nümayiş etdirib.
Yuxarıda qeyd etdiklərimə əsasən, bankın mikro, KOB və pərakəndə bankçılıqda bazar payını artıracağını, əsas seqmentləri üçün aparıcı maliyyə institutuna çevriləcəyini gözləyirəm. Həmçinin yüksək gəlirlilik və maliyyə dayanıqlılığına nail olacağına ümid edirəm.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 d. əvvəl
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
1 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
2 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
2 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
Ən çox oxunanlar
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Rəsmi məzənnələr açıqlandı
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur



















