Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sosial müavinətlərin məbləği artırıldı - FƏRMAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sosial müavinətlərin məbləği artırıldı - FƏRMAN

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə sosial ödənişlər artırılıb.

İmzalanmış yeni Fərman və Sərəncamlara əsasən, 2023-cü ilin 1 yanvarından:

1. Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü —  600 manata çatdırılır; 

2. Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

-81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,

-61-80 faiz pozulmasına görə (II dərəcə) —  400 manata,

-31-60 faiz pozulmasına görə (III dərəcə) —  330 manata çatdırılır;

3. Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 500 manata çatdırılır;

4. Dəfn üçün birdəfəlik müavinət — 500 manata çatdırılır; 

5. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət — 300 manata çatdırılır;

6. Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının: 

81-100 faiz pozulmasına görə (I dərəcə) —  270 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) —  220 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) —  150 manata çatdırılır;

7. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü —300 manata çatdırılır;

8. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)  Prezidentin aylıq təqaüdü —200 manata çatdırılır;

9. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü —330 manata çatdırılır; 

10. Yaşa görə müavinət —  220 manata çatdırılır; 

11. Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) —  120 manata çatdırılır;

12.Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət — 100 manata çatdırılır;

13.Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət —  105 manata çatdırılır;

14.Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü —  100 manata çatdırılır;

15. Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü: 

-elmlər doktoru elmi dərəcəsinə görə —   500 manata,

-fəlsəfə doktoru elmi dərəcəsinə görə —   300 manata çatdırılır;

16. Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

“Xalq” fəxri adına görə   —   200 manata,

“Əməkdar” fəxri adına görə —   150 manata çatdırılır; 

17. Prezidentin fərdi təqaüdü —  1500 manata çatdırılır;

Yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilir.

XXX

Azərbaycan prezidenti İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.

Marja.az xəbər verir ki, Fərmanda deyilir:

1. 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilsin:

1.1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;

1.2. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;

1.3. ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;

1.4. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;

1.5. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;

1.6. uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;

1.7. dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat.

2. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361; 2021, № 8, maddə 922, № 12, maddə 1361; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənd üzrə:

2.1.1. 1.1.1-ci yarımbənddə “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.5. 1.1.6-cı yarımbənddə “100” rəqəmləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.6. 1.1.10-cu yarımbənddə “70” rəqəmləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. 1.2.1-ci yarımbənddə “237” rəqəmləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.2.2-ci yarımbənddə “300” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;

2.2.3. 1.2.3-cü yarımbənddə “350” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Sosial müavinətlər 2023
13.01.2023 10:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ