Qızılın qiymətində may ayından bəri bir ilk
Qızılın qiyməti mayın 5-dən bəri ilk dəfə bir unsiya üçün 1900 dolları keçibTicarət məlumatlarına görə, ABŞ-da inflyasiya statistikasının açıqlanmasından sonra qızılın qiyməti mayın 5-dən bəri ilk dəfə olaraq 1900 dollar/unsiyanı keçib.
Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 15 dollar və ya 0,8% də artaraq 1 troya unsiyası üçün 1900 dolları aşıb. Gümüşün mart fyuçersləri eyni vaxtda 2,39% bahalaşaraq 1 unsiya üçün 24,038 dollara çatıb.
Dekabrda ABŞ-da illik inflyasiya bir ay əvvəlki 7,1%-dən 6,5%-ə düşüb. Aylıq olaraq, ABŞ-da istehlak qiymətləri bir ay əvvəl 0.1% artdıqdan sonra dekabr ayında 0.1% azalıb. Beləliklə, illik inflyasiya analitiklərin proqnozları ilə üst-üstə düşüb. Aylıq müqayisədə ABŞ-da qiymətlərin dəyişməyəcəyi gözlənilirdi.
İnflyasiya məlumatları ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək fəaliyyətləri ilə bağlı investorlar üçün əsas müəyyənedici amillərdən biridir. CME Group-a görə, analitiklərin 94%-dən çoxu fevral ayında FED-in faizlərini 50 baza bəndi deyil, 25 baza bəndi artıracağını gözləyirlər (artım tempinin yavaşlayacağı gözlənilir).
Ənənəvi yumuşaq pul siyasəti dolların ucuzlaşmasına gətirib çıxarır ki, bu da qızılı digər valyutalarda almaq üçün daha əlverişli edir. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,52% azalaraq 102,64 bənd təşkil edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 3 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
11 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)










