Publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrinin adları məlum olub
Yaxın gələcəkdə ilkin mərhələdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrin bir neçəsinin adı məlum olub.
Bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov siyahıda rayon mərkəzi xəstəxanalarının, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, Respublika Talassemiya Mərkəzinin və bir neçə poliklinikanın yer aldığını bildirib.
O qeyd edib ki, sonrakı mərhələdə Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi kimi iri tibb müəssisələri də bu sıraya daxil ediləcək: “Planda bütün tibb müəssisələri var. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirdiyinə görə bu müəssisələr publik hüquqi şəxs formasında olacaq. Sadəcə bu zaman tibb müəssisələrinin daha çox imkanları olacaq, yeni səlahiyyətləri yaranacaq. Tibbi sığorta münasibətlərində rahat iştirak edəcəklər, fiziki şəxslərlə bərabər müəssisələrlə də müqavilələr bağlaya, əmlaklarından daha səmərəli istifadə edə biləcəklər. Onlar həm də qrant və ianə ala biləcəklər”.
Nazirlik rəsmisi xatırladıb ki, Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, “Publik hüquqi şəxs haqqında” qanun qüvvəyə mindikdən sonra ölkədə dövlət tibb müəssisələrinin statusu dəqiqləşib: “Əvvəllər bu sahədə pərakəndəlik var idisə, bundan sonra konkretlik olacaq. Hazırda bu məsələ üzərində iş gedir və yekunlaşmaq üzrədir. Bütün bu işlər ölkədə icbari tibbi sığortanın tədbiqinə kömək edir”.
O qeyd edib ki, pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir: “Bundan sonra tariflər müəyyən ediləcək. Bütün dövlət tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək. Təbii ki, özəl tibb müəssisələrində ödənişlər fərqli ola bilər”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















