“Yapı Kredi Bank Azərbaycan” 23 yaşını qeyd edir!
(®️) 11 Yanvar 2000-ci il tarixində Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında “Koçbank Azərbaycan LTD” adı ilə fəaliyyətə başlayan Yapı Kredi Bank Azərbaycanın bu gün 23 yaşı tamam olur.
“Yapı Kredi Bank Azərbaycan” QSC Türkiyənin nüfuzlu Koç Qrupuna daxil olan və beynəlxalq çərçivədə törəmə bankları olan Koç Maliyyə Xidmətlərinin tərkibində fəaliyyət göstərir. Xidmətlərin müştəri tələblərinə uyğun optimallaşdırılması, müştəri ehtiyaclarının düzgün şəkildə anlaşılması və reallaşdırılması bankımız üçün hər zaman olduğu kimi, indi də prioritet əhəmiyyət daşıyır.
Fəaliyyət göstərdiyi müddət ərzində "Yapı Kredi Bank Azərbaycan” bankçılığın pərakəndə və korporativ sahələrində müştərilərinə maliyyə əlçatanlığını asanlaşdırmaq üçün yeni məhsullar təklif etməyə, müştərilər ilə effektiv tərəfdaşlıq qurmağa davam etmişdir. Bu isə öz növbəsində müştəri-bank münasibətlərinin daha da sıxlaşmasına və qarşılıqlı inam prinsipləri əsasında inkişafına öz töhfəsini vermişdir. Buna nümunə olaraq İnternet bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini və 24/7 fəaliyyət göstərən Çağrı Mərkəzini göstərmək olar.
“Yapı Kredi Bank Azərbaycan” fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutaraq bu illər ərzində öz maliyyə sabitliyini qoruyub saxlamışdır.
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Yapı Kredi Bank Azərbaycan” qeyd edilən istiqamətdə olan işləri davamlı olaraq həyata keçirir. Son illərdə bank özünüməşğulluğunun təşkili layihəsinə qoşulmaqla həssas əhali qruplarına, aztəminatlı ailələrə, , ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğalından azad edilməsində iştirak etmiş qazi və şəhid ailələrinə bütün lazımi avadanlıqlarla təchiz ederək kiçik bizneslərini qurmağa imkan yaratmışdır. Həmçinin Azərbaycanda ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq, ekoloji göstəricilərimizi daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsirimizi minimuma endirmək əsas hədəflərimiz sırasında yer alır.
“Yapı Kredi Bank Azərbaycan” fəaliyyətinin 23-cü il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, bundan sonra da Bankımız müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
14 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 15 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
23 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)









