Hava Limanı ən yüksək göstəriciyə nail olub
Heydər Əliyev Beynəlxalq Hava Limanı 2017-ci ilin yanvar-iyun ayları ərzində 1,69 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 31 faiz çoxdur.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, təkcə iyun ayında 322 min nəfərə xidmət göstərilmişdir ki, bu da ilk dəfə olaraq 2014-cü ildən bəri sərnişinlərin ümumi sayına görə və 2012-ci ildən bəri isə artım göstəricisinə görə ən böyük rəqəmdir.
Cari ilin birinci yarısında “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 960 min sərnişin düşmüşdür ki, bunun da 252 min nəfəri daxili reyslərlə daşınmışdır.
Sərnişinlərin 85 faizi (1 milyon 438 min nəfər) beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Hava limanının beynəlxalq daşımalarının 49,2 faizi AZAL-ın, 50,8 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanından 50 müxtəlif şəhərin 53 hava limanına reyslər yerinə yetirilir.
İyun ayında Rusiyanın “IRAERO” aviaşirkəti Krasnoyarsk şəhərindən Bakıya uçuşlar yerinə yetirməyə başlamışdır. Cari ilin sentyabr ayından Azərbaycan aşağı büdcəli aviaşirkəti “Buta Airways”in uçuşları gözlənilir.
Qeyd edək ki, bu ilin iyul ayından etibarən “FlyDubai” aviaşirkəti Qəbələ hava limanına müntəzəm reyslər yerinə yetirməyə başlamışdır.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.
Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























