“Deloitte Azərbaycan"da 2 yeni təyinat
Deloitte Azərbaycan-da ilk qadın partnyor!“Deloitte Azərbaycan" iki yeni partnyor təyinatını elan edib: Vergi və Hüquq Departamenti, Nərmin Aslanova və Risklərin İdarə edilməsi Departamenti, Tural Hacıyev.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bu vəzifə artımları şirkətin güclü dinamik inkişafı və davamlı uğurunu əks etdirir.
Qeyd edilib ki, Nərmin Aslanova Deloitte Azərbaycan-da ilk qadın partnyordur. O, 15 ildən artıqdır ki, Deloitte-da çalışır, müxtəlif vergi məsələləri ilə bağlı yerli və transmilli şirkətlərə məsləhətin verilməsi ilə bağlı geniş təcrübəyə malikdir. Eyni zamanda onun bir sıra iri və mürəkkəb korporativ vergiqoyma məsləhəti layihələrinin idarə olunması və rəhbərliyi üzrə təcrübəsi vardır. Nərmin, həmçinin Deloitte Azərbaycan-ın transfer qiymətqoyma üzrə xidmət xəttinə rəhbərlik edir. O, mütəmadi olaraq, vergi yoxlamaları zamanı müştərilərini təmsil edir. Hazırda Azərbaycandakı Amerika Ticarət Palatasının Vergi və Gömrük Komitəsinin Sədridir.
Tural Hacıyev "Deloitte Azərbaycan"da Risklərin İdarə edilməsi Departamentinə rəhbərlik edir. O, risklərin idarə edilməsi funksiyalarının strateji transformasiyası, daxili nəzarət mexanizmlərinin tətbiqi, biznes proseslərin yenidən qurulması, sistem seçimi və tətbiqi, korporativ idarəetmə, habelə dayanıqlı inkişafla bağlı məsləhət və daxili audit xidmətlərinin göstərilməsi üzrə 20 ildən artıq təcrübəyə malikdir. Tural iri dövlət müəssisələri və özəl şirkətlər, holdinqlər, maliyyə, telekommunikasiya, FMCG və neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərdə bir çox layihələrə rəhbərlik etmişdir. O, bir sıra peşəkar assosiasiyaların üzvüdür. Tural beynəlxalq tədbir və seminarlarda tez-tez məruzəçi kimi çıxış edir.
Sözügedən vəzifə artımlarını şərh edərkən "Deloitte Azərbaycan"ın İdarəedici Partnyoru Nuran Kərimov bildirib: “Bu vəzifə artımları Deloitte-un Azərbaycan bazarında göstərdiyi 20 illik səylərinin nəticəsini əks etdirir və şirkətin gələcəyinə olan böyük inamımızın bariz nümunəsidir. Bu, həmçinin illər ərzində həyata keçirdiyimiz uğurlu kadr siyasətinin əsas dəyərlərini nümayiş etdirir.
Yeni partnyorlarımız Azərbaycandakı müştərilərimizə mürəkkəb və çoxşaxəli məsələlərdə yeni həllər gətirəcəkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 38 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
























