Elon Mask peyk İnterneti üçün Azərbaycanda da şirkət yaradıb
Azərbaycanda törəmə şirkət yaradılıb.Noyabrın 1-də “Starlink" peyk internet provayderinin ("SpaceX") törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçib.
Marja.az Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinə istinadən xəbər verir ki, şirkətin ofisi "Azur Biznes" Mərkəzində yerləşir. Loren Dreyer şirkətin direktoru təyin edilib. O, "Speys İks"-də (SpaceX) "Starlink"in biznes əməliyyatları üzrə baş direktorudur.
"Starlink" 2023-cü ildən başlayaraq Azərbaycanda xidmət göstərməyi hədəfləyir.
"Starlink" bütün dünyada yüksək sürətli, aşağı gecikmə ilə genişzolaqlı İnternetə çıxış təmin edir.
“Starlink”in internetə çıxışın alternativ mənbəyi kimi meydana çıxması bir sıra ekspertlər tərəfindən müsbət qiymətləndirilir. Onlar qeyd edirlər ki, Ukrayna və digər ölkələrin təcrübəsi "Starlink"in böhran vəziyyətlərində əvəzolunmaz olduğunu təsdiqləyib.
"Starlink" - ABŞ-ın "SpaceX" şirkəti tərəfindən idarə olunan peyk İnternetinə çıxış layihəsidir. Layihə tanınmış iş adamı Elon Maskın rəhbərliyi ilə həyata keçirilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























