Karbamid 1-ci, pambıq mahlıcı 2-ci, qızıl 3-cüdür - İXRAC İCMALI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın dekabr sayını yayımlayıb.
Marja “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on bir ayı ilə müqayisədə 14% artıb.
2022-ci ilin yanvar-noyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 77,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 23%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3%, çay ixracı isə 43% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 802,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% artıb.
2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (198,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (161,1 milyon ABŞ dolları) ikinci, qızıl (156,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 820 milyon ABŞ dolları, Türkiyəyə 630,5 milyon ABŞ dolları, Gürcüstana 183 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 166,5 milyon ABŞ dolları və Qazaxıstana isə 89,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin noyabr ayının qeyri-neft ixracı 302,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 126,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 175,7 milyon ABŞ dollarına bərabər olub.
2022-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (132,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (48 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,5 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında emal olunmamış aşqarlanmamış alüminium (19,8 milyon ABŞ dolları) birinci, karbamid (16,9 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (13,7 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 26 d. əvvəl
- 43 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Ən çox oxunanlar
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!


















