“Ən çox sevilən və içilən”, “ən dadlı alkoqollu içki” kimi ifadələrdən istifadə edilib, tələblər pozulub
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır. Monitorinqlər nəticəsində bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan bir sıra təsərrüfat subyektləri tərəfindən yayımlanan reklamlarda qanunvericiliyin tələblərinin pozulması əlamətləri müəyyən edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, qeyd olunan reklamlarda alkoqollu içkilərdən istifadə etməyən şəxslərin nüfuzdan salınma obrazı yaradılıb, habelə alkoqollu içkilərdən istifadə nəticəsində şəxsin emosional durumunun yaxşılaşacağı bildirilib. Reklam edilən məhsullar barədə “ən çox sevilən və içilən”, “ən dadlı alkoqollu içki” kimi ifadələrdən istifadə edilib, bir sıra alkoqollu içkilərin dünyanın ən yaxşısı olması, digər içkilərdən daha yumşaq olması kimi qeydlərə rast gəlinib. Bununla yanaşı, alkaqollu içkilərdən istifadə olunması prosesi nümayiş etdirilməklə yanaşı, reklamlarda spirtli içkilərdən həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlığa yer verilməyib.
Qanunvericiliyə əsasən, alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması, alkoqollu içkilərdən istifadə etməyənlərin nüfuzdan salınması, cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməsi və alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayiş etdirilməsi qadağandır. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.
Qanun pozuntusu əlamətləri üzrə Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
15 d. əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 45 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı























