"Ucuz damazlıq yumurta və 1 günlük cücələrin idxalı yerli təsərrüfatların sıradan çıxmasına səbəb ola bilər"
"Azərbaycan dövləti quşçuluq sektorunda yerli istehsalçıları ucuz idxalın mənfi təsirlərindən qorumaq üçün bir sıra mühüm addımlar atıb".
Marja xəbər verir ki, bu, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bBu addımlardan biri 2016-cı ildən etibarən ölkəmizə xarici ölkələrdən (MDB üzvü olanlar istisna edilməklə) toyuq əti və yumurta idxalına, 2018-ci ildən isə damazlıq yumurta idxalına əlavə rüsumlar tətbiq olunmasıdır. Nazirlər Kabinetinin bununla bağlı qərarı 2023-cü ilin dekabrına qədər qüvvədə olacaq.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, son zamanlar ölkəmizin damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücə istehsalçıları üçün çox böyük risklər yaranıb.
Belə ki, yumurta idxalına tətbiq olunan əlavə rüsumlar MDB ölkələrindən idxala şamil olunmur. Bu məqamdan yararlanan bir sıra şəxslər son aylarda Azərbaycana əsasən Türkiyədən olmaqla, lakin Gürcüstan məhsulu adı ilə böyük həcmdə ucuz damazlıq yumurta idxal edirlər.
"Məsələn, bizim araşdırmalarımıza əsasən Gürcüstan əsilli Tamaz Tsikarişvili “LTD Sabudara” firmasını yaradıb. Firma cəmi 50 min ana toyuqdan ibarət istehsal potensialına malikdir ki, bu da ən yaxşı halda ildə 5 milyon ədəd damazlıq yumurta istehsalına imkan verir. T.Tsikarişvili Türkiyədən ucuz qiymətə damazlıq yumurta alaraq, onu Gürcüstandakı müəsissəsinin məhsulu kimi rəsmiləşdirir, daha sonra onu Azərbaycana reixrac edir. Araşdırmalarımız göstərir ki, Tamaz Tsikarişvili Türkiyədən damazlıq yumurtanı aldıqdan 1-2 gün sonra Gürcüstandan eyni sayda yumurtanın Azərbaycana ixracı həyata keçirilir.
Bundan əlavə, ölkəmizə yenə də Gürcüstan məhsulu adı altında külli miqdarda ətlik istiqamətli 1 günlük cücələr (çəkisi 180 qrama qədər olanlar) idxal olunmağa başlayıb. Türkiyənin “Hastavuk” şirkəti MDB ölkələrindən mal və məhsul idxalına əlavə rüsum tətbiq olunmaması amilindən yararlanaraq Azərbaycana külli miqdarda 1 günlük cücələrin Gürcüstan vasitəsilə idxalını təşkil edir. Bu şirkət 2022-ci ilin aprelində Gürcüstanda bir müəssisə yaradıb, Türkiyədən gətirilən damazlıq yumurtalardan əldə edilən cücələri Gürcüstan malı kimi ölkəmizə idxal edir.
Damazlıq yumurta və ətlik istiqamətli cücə istehsalı Azərbaycanda yeni-yeni inkişaf mərhələsinə qədəm qoyan sahələrdən biridir. Bu baxımdan, təsərrüfatlar xarici təzyiqlərə həssasdırlar. Gürcüstan üzərindən Türkiyədən ölkəmizə damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücələrin kütləvi idxalının davam etməsi tezliklə yerli təsərrüfatların fəaliyyətinin pisləşməsinə, onların sıradan çıxmasına səbəb ola bilər. Biz ölkəmizin quşçuluq müəssisələrini damazlıq yumurta ilə tam təmin etmək potensialına malikik.
Qardaş Türkiyə ilə ölkəmiz arasında münasibətlərin strateji əhəmiyyətini qeyd etməyə ehtiyac yoxdur. Lakin ölkəmizdə sürətlə inkişaf edən bir sahənin Türkiyə şirkətinin bazarı tam ələ keçirmək istəyi ilə sıradan çıxarılmasına yol vermək Azərbaycanın ərzaq təhlükəsizliyinə böyük təhdid yarada bilər.
Bundan əlavə, xaricdə fərqli peyvənd rejimində istehsal olunan yumurtaların, onlardan alınan cücələrin ölkəyə idxalı müxtəlif xəstəliklərin yayılması risklərini qat-qat artırır.
Bütün bunları nəzərə alaraq Assosiasiya Azərbaycanın müvafiq dövlət qurumlarına ölkəyə Gürcüstan üzərindən damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücə idxalının qarşısının alınması üçün müraciət edib. İnanırıq ki, Azərbaycan dövləti yerli istehsalçıları qeyri-sağlam rəqabətdən qorumaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri addımları atacaq".
Assosiasiya qeyd edib ki, 1 günlük cücələr (çəkisi 180 qrama qədər olan) iki qrupa ayrılır – kəsim üçün, yəni ətlik məqsədli yetişdirilənlər; yumurta verən ana sürüsünün formalaşdırılması üçün yetişdirilənlər. Hər qrup cücələr fərqli gömrük kodu ilə idxal edilir. Azərbaycanda yumurta verən toyuq sürüsünün formalaşdırılması üçün cücələrin istehsalı mövcud olmadığına görə ehtiyac tamamilə idxal hesabına qarşılanır. Lakin ətlik məqsədli cücə istehsalı potensialı ölkənin ehtiyacını tam qarşılayacaq səviyyədədir.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
5 saat əvvəl
Qızıl Trampın FED sədri namizədliyindən sonra ucuzlaşmaqda davam edir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
11 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
11 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Bakıda daha bir "Pizza Hut" restoranı açılacaq
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
Ən çox oxunanlar
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















