Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Fortis Academy"dən ödənişsiz təhsil imkanı - Bu ailələr müraciət edə bilərlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fortis Academy"dən ödənişsiz təhsil imkanı - Bu ailələr müraciət edə bilərlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32
(®) “Fortis Academy” yeni tədris ilində ödənişsiz abituriyent hazırlığı üçün şagird qəbuluna start verdi.
 
Şəhid ailələri, qazi ailələri və sosial həssas qrupa aid olan ailələr 5 yanvardan etibarən övladlarının ödənişsiz abituriyent hazırlığına qoşulması üçün müraciət edə bilərlər.
 
Bunun üçün aşağıdakı keçid vasitəsilə onlayn qaydada qeydiyyatdan keçmək lazımdır:
 
Xatırladaq ki, 2019-cu ildə “Fortis Group”un təşəbbüsü və dəstəyi ilə yaradılmış “Fortis Academy” tam xeyriyyə məqsədli layihədir. 9-10-11-ci siniflər üzrə yüksək səviyyədə abituriyent hazırlığı verən bu təhsil ocağında 2019-2020-ci il tədris ilində 126 şagird, 2020-2021-ci tədris ilində 121 şagird, 2021-2022-ci tədris ilində 150 şagird təhsil alıb. Hazırda isə burda 172 şagird təhsil alır.
 
20-dən çox müəllimin çalışdığı mərkəzdə şagirdlər dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar.
 
Bu tədris ocağı həm savadlı şagird, həm də dünyagörüşlü vətəndaş yetişdirməyi öz qarşısına məqsəd kimi qoyduğundan şagirdlərin ölkəmizin mədəni irsi və tarixi ilə yaxından tanış olmasını təmin edir. Bunun üçün muzeylərə, müxtəlif elm və mədəniyyət mərkəzlərinə müntəzəm ekskursiyalar, tanınmış ictimai xadimlərlə görüşlər təşkil olunur.
 
Şagirdlərin yüksək mənəvi-psixoloji əhval-ruhiyyəsini təmin etmək üçün onlara psixoloji konsultasiyalar göstərilir, davamiyyətləri və performansı barədə valideynləri mütəmadi məlumatlandırılır,
 
Onu da qeyd edək ki, “Fortis Academy” ardıcıl 2 ildir ki, qəbul imtahanlarında 100%-lik nəticə göstərərək möhtəşəm uğura imza atmışdır.
 
Övladlarınızın belə modern bir təhsil ocağında öz gələcəyini qurmasını istəyirsinizsə, yubanmadan qeydiyyatdan keçin! “Fortis Academy”nin əməkdaşları tez bir zamanda sizinlə əlaqə saxlayaraq qəbul imtahanları haqqında sizə dolğun məlumat verəcəklər!
 
Əlaqə üçün:
 
+994 50 251 90 20
ödənişsiz-təhsil Fortis Academy abituriyent hazırlığı
28.12.2022 11:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ