"Rusiyaya neft sanksiyaları böyük istehsal böhranı yaradacaq"
Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol enerji böhranını və onun gələcək dövr üçün nəticələrini qiymətləndirib. Böhranın enerji transformasiyasını sürətləndirəcəyini və bərpa olunan enerji texnologiyalarına keçidi sürətləndirəcəyini bildirən Birol, beynəlxalq neft şirkətlərinin Rusiyadan çıxmasının böyük bir istehsal böhranına səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol enerji böhranı və qarşıdakı dövrdə enerji xərcləri ilə bağlı açıqlamalar verib.
Marja xəbər verir ki, enerji idxal edən bir çox ölkənin xarici borc girdabına girmək (çıxılmaz vəziyyət) üzrə olduğunu vurğulayan Birol, bunun dünya iqtisadiyyatı üçün son dərəcə riskli bir vəziyyət olduğuna diqqət çəkib.
Avropada Rusiyadan qaynaqlanan enerji böhranına toxunan Birol bildirib ki, Avropanın böyük güc mərkəzləri enerji ilə bağlı özünü tənqid etməli və illərlə tədarük etdikləri enerjinin böyük hissəsini niyə bir ölkəyə bağladıqlarını soruşmalıdırlar. Qitənin indi bu qərara görə cəzalandırıldığını qeyd edən Birol, böyük sürprizin bu qışda ola biləcəyini qeyd edib.
“Rusiya 24 fevrala qədər dünyanın ən böyük enerji ixracatçısı idi”
Rusiyanın Ukrayna müharibəsindən əvvəl enerji sisteminin təməl daşlarından biri olduğunu və 24 fevralda müharibə başlamazdan əvvəl dünyanın ən böyük enerji ixracatçısı olduğunu ifadə edən Birol, “Avropa Rusiya üçün olduğu qədər Rusiya da Avropa üçün əhəmiyyətli idi.", - deyib
Birol Rusiyanın indiyə qədər ən böyük müştərisini itirdiyini və onu dərhal digər müştərilərlə əvəz etməyin asan olmadığını qeyd edərək, sanksiyalar ilə əlaqədar beynəlxalq neft şirkətlərinin Rusiyadan çıxmasının hasilat böhranı yaradacağı ilə bağlı xəbərdarlıq edib.
Böhranın "yaşıl" və təhlükəsiz enerji texnologiyalarına keçidi sürətləndirəcəyini qeyd edən Fatih Birol, qarşıdakı 5 ildə xüsusilə günəş, quru və dəniz küləyində bərpa olunan enerji gücünün 2400 gigabayt artacağını proqnozlaşdırıb.
Nəqliyyat sektorunda təmiz enerjidən istifadə baxımından böyük transformasiya olduğuna diqqət çəkən Beynəlxalq Enerji Agentliyinin prezidenti dünyada nüvə sahəsində ciddi və çox sürətli dönüş olduğunu və bunun səbəbinin daha çox enerji təhlükəsizliyi olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
13 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
14 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib



















.jpg)




