Coca-Cola Türkiyədə böyük məbləğdə cərimələnib
Türkiyənin Rəqabət Qurumu "Coca-Cola İçecek" (CCI) şirkətinin törəmə şirkəti "Coca-Cola Satış və Dağıtım A.Ş"yə 272,2 milyon türk lirəsi (təxminən 25 milyon manat) cərimə tətbiq etdiyini açıqlayıb.
Marja.az şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlamasına istinadən xəbər verir ki, şirkət cərimənin 25 faizlik erkən ödəniş endirimindən faydalanacaq və qanuni müddət ərzində 204,1 milyon lirə ödəyəcək.
Həmçinin Şirkət, cərimə ilə bağlı İnzibati Məhkəməyə müraciət etməyə açıq olduğunu və qərara qarşı bütün hüquqi vasitələrə müraciət edəcəyini açıqlayıb.
Coca Cola cəriməni ödəyəcəklərini vurğulayıb, lakin bu, ittihamları qəbul etmək demək deyil. Şirkət qanuni müddət ərzində ilk növbədə Ankara İnzibati Məhkəməsində icranın dayandırılması tələbi ilə ləğv iddiası qaldıracaqlarını bildirib.
CCI - Türkiyə, Pakistan, Qazaxıstan, İraq, Özbəkistan, Azərbaycan, Qırğızıstan, İordaniya, Tacikistan, Türkmənistan və Suriyada 10.000-ə yaxın işçisi olan şirkətdir. The Coca-Cola Company brendlərindən ibarət olan qazlı və qazsız İçkilərin istehsalı, satışı və paylanması ilə məşğul olan CCI, Coca-Cola sistemində ən mühüm şirkətlərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























