İqtisadiyyat nazirinin müavini Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyindən kənarlaşdırılıb
Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edib.
“Marja” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, iqtisadiyyat nazirinin müavini qurumun İdarə Heyətinin tərkibindən kənarlaşdırılıb.
Dəyişiklikdən öncə, Nizamnamədə qeyd edilirdi ki, İdarə Heyəti Xidmətə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç üzvdən – Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini ─ İdarə Heyətinin sədrindən (bundan sonra ─ İdarə Heyətinin sədri) və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Dəyişiklikdən sonra, Nizamnamənin 4.3-cü bəndi aşağıdakı şəkildə olur:
İdarə Heyəti Xidmətə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
XXX
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 4.3-cü bəndinin ikinci cümləsində “– Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini - İdarə Heyətinin sədrindən (bundan sonra - İdarə Heyətinin sədri)” sözləri “- İdarə Heyətinin sədrindən” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2022-ci il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















