Sığorta şirkətlərinin bir-bir bağlanmasına tamaşa edə bilərik
Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin yanvar-may ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında məlumatları açıqlayıb.
“Marja” Palatanın statistikasına istinadən xəbər verir ki, cari ilin 5 ayı ərzində 21 sığorta şirkəti tərəfindən (23 şirkətdən 2-sinin yığımı olmayıb) 240 milyon 115 min manat sığorta haqları hesablanıb. Halbuki, 2016-cı ilin ilk 5 ayı ərzində sığorta şirkətləri 242 milyon 138 min manat sığorta haqları hesablamışdı (azalma 0,8%).
İlk baxışda sığorta bazarında vəziyyətin elə də pis olmadığı görünür. Əslində sığorta bazarında kəskin geriləmə həyat sığortasının hesabına baş verməyib. Belə ki, 2017-ci ilin yanvar-may ayları üzrə hesablanmış 240 milyon 115 min manat sığorta haqlarının 92 milyon 138 min manatı həyat sığortasının, 147 milyon 976 min manatı qeyri-həyat sığortasının payına düşüb. 2016-cı ilin eyni dövründə bu bölgü 69 milyon 350 min manat (həyat) və 172 milyon 788 min manat (qeyri-həyat) idi. Qısası, qeyri-həyat sığortası bazarı 172 milyon 788 min manatdan 147 milyon 976 min manata geriləyib (14,4% azalıb).
Həyat sığortası bazarı da həyatın yığım sığortası hesabına artır. Belə ki, Azərbaycanda həyatın yığım sığortası üzrə bir sıra vergi güzəştləri nəzərdə tutulmuşdur. Buna görə, işləyənlər maaşlarını həyat sığortasına sərmayə edirlər.
Digər diqqəti cəlb edən 5-6 şirkətin yığımlarının sürətlə artması, digər bəzilərində zəif artması, 11 şirkətin isə topladığı sığorta haqlarının ötən ilin eyni dövrü ilə müqayisədə azalmasıdır.
Cəmi 5 şirkət (PAŞA Həyat Sığorta, PAŞA Sığorta, Atəşgah Sığorta, Atəşgah Həyat Sığorta, Azərsığorta) 169 milyon 388 min manat sığorta haqları hesablayıblar ki, bu da cəmi hesablanmış sığorta haqlarının 70,5%-dir. İlk 10 sığorta şirkəti isə 212 milyon 442 min manat toplayıb, bu da cəmi yığımların 88,5%-dir.
Rəsmilər sığorta bazarının belə təmərküzləşməsini, bazarı ələ keçrin şirkətlərin xidmət səviyyələrinin yüksək olması ilə izah edirlər. Hesab olunur ki, işini düzgün qura bilməyən şirkətlər bazarı özləri könüllü tərk edəcəklər.
4 şirkətin (Azsığorta, Xalq Sığorta, Standard İnsurance, Rəvan Sığorta, Başak-İnam) hesabladıqları sığorta haqları kəskin azalıb.
“Günay Sığorta” və “Qala Sığorta” şirkətləri isə topladıqları sığorta haqlarını kəskin artırıblar.
Açıqlanmış statistika yaxın gələcəkdə bir neçə şirkətin bazarı tərk edə biləcəyinə işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























