Bu gün İngiltərə və Avropa mərkəzi banklarının faiz qərarları açıqlanacaq - GÜNƏ BAXIŞ
FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) dünən baş tutan bu il üçün nəzərdə tutulmuş son toplantısında uçot dərəcələri 0.5% artırılaraq 4.25%-4.50% aralığına yüksəldildi. Faiz artımlarının sürətinin yavaşlamasına baxmayaraq, FED-in uçot faizini son 15 ilin ən yüksək həddə çatdırmasından sonra birjalarda dollarda ucuzlaşma tendensiyası bir qədər səngiyib.
Müvafiq olaraq, FED növbəti illər üçün faiz dərəcələrinə dair proqnozlarını artıraraq 2023-cü ilin sonu üçün 4.6%-dən 5.1%-ə, 2024-cü il üçün 3.9%-dən 4.1%-ə və 2025-ci il üçün 2.9%-dən 3%-ə çatdırıb.
FED sədri Jerome Pavel, faiz qərarı sonrası təşkil edilən mətbuat konfransında inflyasiyanın azalmasına və bu tendensiyanın qalıcılığına dair daha açıq dəlillər olmadıqca faiz artımlarına davam edəcəklərini vurğulaması isə dollarda müşahidə olunan geriləmənin artımlarla əvəzlənəcəyinə dair ehtimalları artıra bilər.
Hazırda dollar indeksində (DXY) qiymətlər 103.50 səviyyəsindəki psixolji bariyer səviyyəsində qərarlaşıb. Bazar iştirakçılarının dolların bahalaşması ilə bağlı əminlikləri artarsa, DXY yenidən 110-113 bəndlərinə kimi yüksələ bilər. Əks təqdirdə, 103.50 həddi aşağıya doğru qırılarsa, qiymətlər bu ilin sentyabrından etibarən formalaşan aşağı istiqamətlənmiş kanalın dəstək xəttini test edə bilər ki, bu da 100 bənd hədlərinə təsadüf edir.
Bu gün həmçinin İngiltərə və Avropa Mərkəzi Banklarının faiz qərarları, eləcə də bank sədrlərinin monetar siyasətdə izləyəcəkləri yol xəritəsinə dair verəcəkləri mesajlar EUR/USD və GBP/USD cütlüklərində tendensiyaların gedişinə ciddi təsir edə bilər.
Dolların bahalaşacağına dair yaranan ehtimallar fonunda qızılda ucuzlaşma müşahidə olunur. Təhlillərə əsasən hazırda 1791$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1786$ həddini qıra bilsə, 1765$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























