Bazarlar FED-in faiz qərarına fokuslanıb - BU GÜN AÇIQLANACAQ
Bu gün FED-in növbəti iki günlük iclası başa çatır. CME Group-un məlumatına görə, ekspertlərin 79%-i güclü makroiqtisadi məlumatlar fonunda tənzimləyicinin faiz artımınının tempini 50 baza bəndinə qədər yavaşlatacağını gözləyir. Beləliklə, göstərici illik 4,25-4,5% təşkil edəcək. Bundan əvvəl FED, faizini ardıcıl 4 dəfə 75 baza bəndi qaldırmışdır.Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) faiz qərarına fokuslanıb.
Marja.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da FED faiz qərarını açıqlayacaq. Saat 23:30-da isə FED sədri Jerome Powell-in mətbuat konfransı başlayacaq.
FED-in iclasında hansı faiz qərarının veriləcəyi maraq mövzusudur. Məlum olduğu kimi, noyabr iclasında da FED uçot dərəcəsini 75 baza bəndi artıraraq faizini 3,75% - 4,00 % aralığına yüksəldib.
FED-in bu gün başa çatacaq iclasında faizini 50 baza bəndi də artıraraq 4,25% - 4,50 % aralığına çatdıracağı gözlənilir.
İnflyasiyanın aşağıya doğru meylinin daha aydın görünməsi ilə, FED-in daha yavaş, 50 bəndlik faiz artırımı ilə davam edəcəyi proqnozlaşdırır.
ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin noyabr ayında 2021-ci ilin noyabr ayı ilə müqayisədə 7,1% artıb. Bir ay əvvəl bu rəqəm 7,7% idi.
Digər tərəfdən, 2023-cü il qızılın ili ola bilər. Analitiklər bildirirlər ki, Dollar/ Yapon yeni məzənnəsi burada çox önəmlidir. Hal-hazırda məzənnə 135 yen səviyyəsindədir və 135-dən də aşağı düşə bilər. Dollar/yen məzənnəsinin 130-125 yen aralığına geriləməsi ilə qızılın unsiyasının qiymətinin 1850-1930 dollar aralığına yüksələcəyi proqnozlaşdırılır.
Həmçinin, FED makroiqtisadi proqnozlarını yeniləyəcək, daha sonra isə FED-in rəhbəri Cerom Pauel mətbuat konfransında çıxış edəcək. Bazarlar FED-in gələcək monetar siyasətinə dair siqnallar, eləcə də iqtisadiyyatdakı vəziyyətin qiymətləndirilməsini gözləyəcək.
Cümə axşamı Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının (BoE) iclasları da olacaq. Analitiklər hər iki tənzimləyicinin dərəcələri 50 baza bəndi artıraraq müvafiq olaraq 3,5% və 2,5%-ə çatdıracağını gözləyirlər. Bundan əvvəl onlar FED kimi faizləri 75 baza bəndi artırmışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 46 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib





















