Neft, ABŞ-da boru kəmərindəki sızma ilə əlaqədar olaraq bahalaşır
Bazar ertəsi axşam dünya bazarında neftin qiyməti 3% artıb.Bazar ertəsi axşam dünya bazarında neftin qiyməti 3% artıb.
Marja xəbər verir ki, bazarlar ABŞ-dakı Keystone Boru Kəməri Sistemi ətrafındakı vəziyyətə reaksiya verir və eyni zamanda Çinin koronavirus siyasətini izləyir.
Bakı vaxtı ilə saat 20.37-yə olan məlumata görə, Brent markalı neftin qiyməti 3,13% artaraq 78,48 dollar/barelə, WTI markalı neftin qiyməti 4% artaraq 73,86 dollar/barelə çatıb.
Ötən cümə axşamı enerji şirkəti TC Energy bildirib ki, ABŞ-ın Nebraska ştatında neft sızmasından sonra Kanada və ABŞ-dan keçən Keystone Boru Kəməri Sistemi ilə nəqli dayandırıb. Bazar ertəsi Reuters yazıb ki, investorlar hələ də boru kəməri ətrafındakı vəziyyətdən narahatdırlar və şirkət sızmanın səbəbini axtarmaqda davam edir.
Bundan əlavə, bazarlar Çində koronavirus məhdudiyyətlərinin tədricən yumşaldılmasına reaksiya verir. Karantin rejimlərinin yumşaldılması Çin iqtisadiyyatının fəallığına müsbət təsir edir və bu da öz növbəsində “qara qızıl”a tələbatı artırır.
Bazar analitikləri bildiriirlər ki, Çinsə koronavirus ilə bağlı məhdudiyyətlərin tədricən yumşaldılması neftə tələbatın daha da artmasına səbəb olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
12 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
13 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib












.jpg)












