“Nar” mağazalarını yeniləməyə davam edir
(®) “Nar” paytaxtda ve regionlarda yerləşən daha 3 mağazasını yeni konseptə uyğunlaşdırıb.
Müasir tələblərə uyğun olaraq təqdim edilən “Nar” mağazaları şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Mağazalar Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev 40, Yevlax şəhəri, Nizami Gəncəvi prospekti və Beyləqan şəhəri, Magistral küçəsində yerləşir. Mağazalarda ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.
Qeyd edək ki, “Nar” müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator həmçinin ilin sonuna kimi 13 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edəcək. Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)




