Gəncə şəhərində orta aylıq əməkhaqqı 612 manata yaxınlaşıb
2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə muzdla işləyənlərin sayı və orta aylıq əməkhaqqı barədə məlumatlar açıqlanıb.
Muzdlu işçilər
Gəncə Statistika İdarəsinin yaydığı məlumata görə, muzdla çalışan işçilərin sayı 2022-ci ilin yanvar-sentyabr aylarında 44277 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 27444 nəfər (62,0 faiz), qeyri-dövlət sektorunda isə 16833 nəfər (38,0 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 16,86 faizi məhsul istehsalı sahələrində, ondan 15,05 faizi sənaye (o cümlədən 0,02 faizi mədənçıxarma, 8,62 faizi emal, 2,35 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,04 faizi tikinti, 0,77 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur. Xidmət sahələrində çalışanların 24,77 faizi təhsil, 24,04 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,16 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,32 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,87 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,07 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,12 faizi peşə, elmi və texniki fəaliyyət, 1,6 faizi maliyyə və sığorta, 1,11 faizi informasiya və rabitə, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,24 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,24 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.
Cari ilin doqquz ayı ərzində 2089 yeni fərdi sahibkarlıq subyekti qeydiyyatdan keçmiş, hüquqi şəxslər üzrə 643 yeni iş yeri açılmış, onlardan 18,2 faizi yeni, 80,7 faizi mövcud, 1,1 faizi isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlara aid olmuşdur.
Əməkhaqqı
2022-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 611,9 manat, dövlət sektorunda 662,9 manat, qeyri-dövlət sektorunda 528,8 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı orta şəhər göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 642,9 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 799,1 manat, maliyyə və sığortada 1319,3 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1281,0 manat, peşə, elmi və texniki fəaliyyətdə 615,2 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 964,5 manat, təhsildə 622,9 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 654,4 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
12 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
12 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















