Azərbaycanda neft hasilatı 5,5 faiz azalın, qaz hasilatı isə 8 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-noyabr aylarında 80 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,0 faiz artmışdır.
Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma sektorunda, 20,1 faizi emal sektorunda, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,0 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 73,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 64,3 faiz, maşın və avadanlıqların istehsalı 46,9 faiz, geyim istehsalı 39,0 faiz, elektrik avadanlıqlarının istehsalı 37,1 faiz, mebel istehsalı 33,4 faiz, poliqrafiya məhsullarının istehsalı 23,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,6 faiz, kağız və karton istehsalı 17,4 faiz, tikinti materiallarının istehsalı 14,5 faiz, hazır metal məmulatlarının istehsalı 13,0 faiz, qida məhsullarının istehsalı 8,0 faiz, əczaçılıq məhsullarının istehsalı 7,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 2,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 faiz artmış, kompüter, elektron və optik məhsulların istehsalı 1,2 faiz, içkilərin istehsalı 4,7 faiz, tütün məmulatlarının istehsalı 4,9 faiz, neft məhsullarının istehsalı 5,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 23,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 28,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
36 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir

















.jpg)






