Pulunu dollarda saxlayanlar üçün bankların əmanət şərtləri - YENİ SİYAHI
Son illər Azərbaycanda əmanətlərin dollarlaşması səviyyəsi azalsa da, hələ də nisbət xeyli yüksək olaraq qalır. 2022-ci ilin oktyabr ayının sonuna olan məlumata görə, fiziki şəxslərin (əhalinin) banklardakı 11 milyard 500 milyon manat cəmi əmanətlərinin 38,6%-i və ya 4 milyard 441,3 milyon manatı xarici valyutadadır. 2020-ci ilin sonunda bu nisbət (xarici valyutdakı əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi) 50,8%, 2021-ci ilin sonunda isə 41% idi.
Xarici valyutadakı 4 milyard 441,3 milyon manatlıq əmanətlərin 2 milyard 352,2 milyon manatlıq hisssi müddətli əmanətlər təşkil edib. Yəni, banklar bu vəsaitlərə görə əmanət sahiblərinə faiz ödəyirlər.
Fiziki şəxslərin xarici valyutadakı əmanətləri məbləğ baxımından isə artmaqdadır. Əgər fiziki şəxslərin xarici valyutadakı əmanətləri 2021-ci ilin sonunda 3 milyard 789,3 milyon manat məbləğində ikən, 31 oktyabr 2022-ci il tarixində 4 milyard 441,3 milyon manata çatıb.
Rəqəmlər işarə edir ki, yığımlarını xarici valyutada saxlayan əmanətçilər çoxdur. Onların əksəriyyəti, Azərbaycanda Dolların məzənnəsinin sabit qalmaqda davam etməsinə baxmayaraq vəsaitlərini xarici valyutada, əsasən də ABŞ valyutasında saxlamağa üstünlük verirlər. Bu əmanətçilər - yüksək inflyasiyaya, Manat valyutasında yüksək gəlir təkliflərinə və qarşıdakı illərdə Dollar/Manat məzənnəsinin sabit qalacağının gözlənildiyi barədə rəsmi açıqlamalara baxmayaraq pullarını milli valyutaya çevirmirlər.
Bəs banklar pulunu dollarda saxlayanlara neçə faiz gəlirlər təklif edirlər?
Marja.az 12.12.2022-ci il tarixinə Azərbaycan banklarının ABŞ dolları valyutası üzrə 12 ay müddətinə yerləşdirilən əmanətlər üzrə şərtlərini araşdırıb. Belə ki, hazırda 12 ay müddəti üzrə ən yüksək ABŞ valyutasında əmanət faizlərini AccessBank, Bank Respublika, Günay Bank, Muğanbank, Unibank, Expressbank, Turanbank, Bank Avrasiya və Ziraat Bank Azərbaycan təklif edir.
Azərbaycandakı bankların 12 ay müddətinə Dollar əmanəti faizləri:

1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Yəni, xarici valyutada 2,5% dərəcəsindən yüksək dərəcələr ilə Banka yatırılan əmanətlər qorunan əmanət hesab olunmur və kompensasiya ödənilmir. 05 aprel 2021-ci il tarixindən etibarən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Başqa sözlə, bank müflis elan edildikdə vəsait itirməmək üçün xarici valyutada Banka yerləşdirilən əmanətin milli valyutada qarşılığının 100 min manatı keçməməsinə diqqət yetirilməlidir.
Qeydlər:
-"AccessBank"ın 14.11.2022-ci il tarixindən etibarən başlamış aksiyasına əsasən, ABŞ valyutasında sığortalı depozit mühsulunun illik faiz dərəcəsi 2,5%-dir. Aksiyadan öncə faiz dərəcələri - faizlərin aylıq ödənişi üzrə 1,2%, faizlərin müddətin sonunda ödənişi üzrə 1,5% təşkil edirdi.
- Cədvəldə; faizlərin "hər ay" və "müddətin sonunda" götürülməsindən asılı olaraq 1 illik (12 ay) qəbul edilən ABŞ Dolları əmanətinin faizləri göstərilib.
-“Bank Melli İran” Bakı filialı İnternet səhifəsində xarici valyuta üzrə əmanət şərtlərini yerləşdirmir. Qeyd edilib ki, "Bank Melli İran" Bakı filialında vəsaitlər 5000 manatdan az olmamaq şərtilə 6 ay müddətinə depozitə yerləşdirilə bilər. İllik faiz 2-3%-dir.
- Yerləşdiriləcək əmanətin minimal məbləği “Premium Bank”da 20 min dollar, PAŞA Bankda - əmək haqqı sahibləri üzrə 20 min dollar (region filiallarında 15 min dollar), digər müştərilər üzrə 30 min dollar (region filiallarında 20 min dollar) olmalıdır.
-Bir sıra banklar əmanətin məbləğindən və müddətindən asılı olaraq müştəriyə əlavə faiz, kart və imtiyazlar (aşağı faizlə zaminsiz kredit) və s. təqdim edirlər.
HƏMÇİNİN OXU: Azərbaycan banklarının Manat əmanəti faizləri - YENİ SİYAHI
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
9 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"

























