Unibankdan 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı
Bu ilin sonunadək kapitalın 29 milyon manat artımını hədəfləyən Unibank, bu istiqamətdə növbəti səhm buraxılışı həyata keçirir.
Bandan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya prospekti 6 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydə alınıb. Beləliklə, Bankı nizamnamə kapitalı 6,8 milyon manat da artacaqdır.
Xatırladaq ki, səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma proqramı əlavə səhm buraxılışı və subordinasiya borcu cəlb olunmaqla, iki komponentdən ibarətdir. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb. Bu mərhələdə “Unibank”ın hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub.
Kapitallaşma prosesinin növbəti mərhələsi 30 noyabr tarixində “Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları məbləğində subordinasiya borcu olan istiqrazlarının uğurla yerləşdirilməsi nəticəsində başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 yerli və xarici investor tərəfindən alınıb. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir.
Kapitallaşma prosesinin sonuncu mərhələsində isə hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiyası nəzərdə tutulur. 6,8 milyon manatlıq səhmin emissiyasının anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
9 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"



























