"90 milyon avroya qədər vəsait ayrılıb və əhəmiyyətli investisiya layihələri həyata keçirilir"
Avropa İttifaqı (Aİ) və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, yeni koordinasiya orqanı Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), habelə Aİ-na üzv dövlətlərinin maliyyə inkişaf institutları ilə birlikdə Aİ-nın dəstəyi ilə prioritet investisiyaları Avropanın komanda ruhunda istiqamətləndirib, müəyyənləşdirəcək. Bu, blendinq və zəmanət kimi innovativ maliyyə alətlərindən istifadə edərək ölkəyə 2 milyard avroya qədər investisiyanın mobilizasiyası vasitəsi ilə Azərbaycanın İqtisadi və İnvestisiya Planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək. Bu cür prioritet investisiyalar Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi, ölkə daxilində layiqli iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə verəcək.
Məlumatda qeyd edilib ki, İqtisadi və İnvestisiya Planı Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin investisiya sütunu olub, demokratik institutları gücləndirmək üçün idarəetmə sütunu ilə fəaliyyət göstərir. Bu iki sütun sabit biznes mühiti yaratmaq və iqtisadi sərmayələr gətirməklə insanlara nəzərəçarpacaq faydalar təmin etmək üçün birlikdə işləyir. İqtisadi və İnvestisiya Planı, həmçinin bütün dünyada davamlı və etibarlı rəqəmsal, enerji və nəqliyyat əlaqələrinin qurulmasında Aİ-nin “Qlobal Gateway” strategiyasını dəstəkləyir.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib: “İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycanla sıx tərəfdaşlığımızın daha bir bariz göstəricisidir. İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir: 90 milyon avroya qədər vəsait ayrılıb və əhəmiyyətli investisiya layihələri həyata keçirilir. Bura Gəncədə küçə işıqlandırmasının yaxşılaşdırılmasına və ölkə daxilində kiçik biznesin maliyyəyə çıxışının dəstəklənməsinə ayrılan investisiyalar daxildir. Birgə işçi qrupumuzun fəaliyyətə başlaması ilə biz Azərbaycan və onun xalqının İqtisadi İnvestisiya Planında nəzərdə tutulan investisiya potensialından daha çox faydalanmasını təmin edə bilərik!”
Məlumatda bildirilir ki, yüksək səviyyəli işçi qrup prioritet investisiya layihələrini müəyyən etmək və birgə icra etmək üçün müntəzəm olaraq Avropa Komissiyasının, Azərbaycan hökumətinin və Avropa beynəlxalq maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək. O, bərpa olunan enerji, əlaqələndirmə, KOB-lar, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı investisiyaları araşdıracaq.
Aİ Azərbaycanda islahatlar üzrə əsas tərəfdaş olaraq qalır.
Qeyd edək ki, 2021-ci ilin iyulunda Avropa Komissiyası Şərq Tərəfdaşlığı üzrə iddialı İqtisadi və İnvestisiya Planı irəli sürüb. Növbəti illərdə bu plan qrantlar, blendinq və zəmanətlər şəklində Aİ büdcəsindən 2,3 milyard avro səfərbər edəcək, regionda 17,3 milyard avroya qədər dövlət və özəl sərmayə cəlb etmək potensialı yaranacaq. Bu, iş yerlərini və inkişafı stimullaşdıracaq, əlaqələndirmə, yaşıl və rəqəmsal texnologiyalara keçidi dəstəkləyəcək.
İqtisadi və İnvestisiya Planı Aİ və Azərbaycan arasında uzunmüddətli əməkdaşlığa əsaslanır və bu əməkdaşlığı investisiyalar sahəsində Avropanın komanda ruhunda AİB və AYİB, eləcə də Aİ-na üzv dövlətlərin maliyyə inkişaf institutlarının yaxından iştirakı ilə daha da genişləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb


















