“Azərbaycan Latviya şirkətinin səhmdarı ola bilər”
Azərbaycan yaxın vaxtlarda Latviyanın “Latvijas gaze” şirkətinin səhmdarlarından biri ola bilər. Bunu Avropa Parlamentinin deputatı Andris Ameriks (Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı) deyib.
“Azərbaycanın artıq yaxın vaxtlarda “Latvijas gaze”nin səhmdarlarından biri ola biləcəyi istisna olunmur. Bu istiqamətdə iş aparılır və yaxın gələcəkdə maraqlı xəbərlər ola bilər”, - deyə “Baltijas Balss” nəşri deputata istinadən qeyd edir.
Obildirib ki, mövcud geosiyasi şəraitdə Azərbaycan Avropa İttifaqı üçün ciddi tərəfdaş ola bilər: “Bu ölkə enerji problemlərini həll etməkdə bizə kömək edəcək”.
“Artıq Azərbaycan Bolqarıstan və Yunanıstanı təbii qazla təmin edir, İtaliyanın tələbatının 60%-i Azərbaycan qazı hesabına təmin edilir. Bu, son hədd deyil”, – deyə Ameriks vurğulayıb.
“Latvijas gaze” şirkətinin ən iri səhmdarları “Qazprom” (34%), “Marguerite Gas II.S.a.r.l.” fondu (28,97%), “Uniper Ruhrgas International GmbH” (18,26%) və “Itera Latvija”dır (16%). Səhmlərin digər hissəsi – 2,77 %-i Riqa Fond Birjasında sərbəst tədavüldədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır















.jpg)






