“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Birjalar FED-in yumşaq monetar siyasətin ehtimallarını qiymətləndirirInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Ötən həftə Avrozonada inflyasiyanın 10.6%-dən 10%-ə qədər azalması, ABŞ-da iqtisadiyyatın 2.9% böyüməsi, eləcə də NFP-nin proqnozları üstələyərək daha çox artmasına baxmayaraq, FED-sədri Jerom Pavelin monetar siyasətin gələcəyi, xüsusilə də faiz artımlarının sürətinin azaldılacağı ilə bağlı səsləndirdiyi fikirlər dollar indeksi üzərində təzyiqlərin daha da artmasına səbəb oldu. Nəticədə EURUSD məzənnəsi 1.05$-ın, GBPUSD məzənnəsi isə 1.22$-ın üzərinə yüksəldi.
Bazar iştirakçılarının FED-in dekabr toplantısında uçot dərəcələrini 0.75% artıracağı proqnozlarını qiymətləndirməsi fonunda dollar indeksi 104 bənd hədlərinə qədər geriləyib. Təhlillərə əsasən dollar indeksi 105 bənd həddinin altında qaldıqca eniş tendensiyasını davam etdirə bilər. Bu halda EURUSD və GBPUSD cütlüklərində artım tendensiyası daha da güclənə bilər.
Bu həftə Avrozonada açıqlanacaq ÜDM göstəriciləri, Amerikada dərc olunacaq İstehsal Qiymətləri İndeksi, həmçinin Almaniya, Avrozona və Amerikada açıqlanacaq Biznes Aktivliyi İndeksi kimi önəmli statikstik rəqəmlər İnvestorların diqqət mərkəzində olacaq.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq xitmət və tikinti sektorlarında biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. GBPUSD cütlüyündə qiymətlər 1.2300 müqavimətini qırsa, funt-sterling dollar qarşısında 1.25$-a kimi bahalaşa bilər.
TRY
Cari ticarət həftəsinin ilk günü Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri USDTRY cütlüyündə tendensiyanın gedisində həlledici rol oynaya bilər. Əgər Türkiyədə inflyasiya proqnozlaşdırıldığı kimi azalarsa, USDTRY məzənnəsində son 2 aydır müşahidə olunan üfüqi tendensiya dəyişə bilər.
GOLD
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb getdikcə artır. Ötən həftə 1804$-a kimi bahalaşan qızıl həftəni 1798$-da tamamladı. Dollar üzərində təzyiqlər artmaqda davam edərsə və 1806$ həddindəki müqavimət səviyyəsi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1845$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
12 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
12 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib






















.jpg)



