Birjalarda son vəziyyət
EUR
Ötən həftə Avrozonada inflyasiyanın 10.6%-dən 10%-ə qədər azalması, ABŞ-da iqtisadiyyatın 2.9% böyüməsi, eləcə də kənd təsərrüfatı sektoru xaric məşğulluq artımının (NFP) proqnozları üstələyərək daha çox artmasına baxmayaraq, FED-sədri Jerom Pavelin monetar siyasətin gələcəyi, xüsusilə də faiz artımlarının sürətinin azaldılacağı ilə bağlı səsləndirdiyi fikirlər dollar indeksi üzərində təzyiqlərin daha da artmasına səbəb oldu. Nəticədə EUR/USD məzənnəsi 1.05$-ın, GBPUSD məzənnəsi isə 1.22$-ın üzərinə yüksəldi.
Bazar iştirakçılarının FED-in dekabr toplantısında uçot dərəcələrini 0.75% artıracağı proqnozlarını qiymətləndirməsi fonunda dollar indeksi 104 bənd hədlərinə qədər geriləyib. Təhlillərə əsasən dollar indeksi 105 bənd həddinin altında qaldıqca eniş tendensiyasını davam etdirə bilər. Bu halda EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyası daha da güclənə bilər.
Bu həftə Avrozonada açıqlanacaq ÜDM göstəriciləri, Amerikada dərc olunacaq İstehsal Qiymətləri İndeksi, həmçinin Almaniya, Avrozona və Amerikada açıqlanacaq Biznes Aktivliyi İndeksi kimi önəmli statikstik rəqəmlər İnvestorların diqqət mərkəzində olacaq.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq xitmət və tikinti sektorlarında biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. GBP/USD cütlüyündə qiymətlər 1.2300 müqavimətini qırsa, funt-sterling dollar qarşısında 1.25$-a kimi bahalaşa bilər.
TRY
Cari ticarət həftəsinin ilk günü Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri USD/TRY cütlüyündə tendensiyanın gedisində həlledici rol oynaya bilər. Əgər Türkiyədə inflyasiya proqnozlaşdırıldığı kimi azalarsa, USD/TRY məzənnəsində son 2 aydır müşahidə olunan üfüqi tendensiya dəyişə bilər.
GOLD
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb getdikcə artır. Ötən həftə 1804$-a kimi bahalaşan qızıl həftəni 1798$-da tamamladı. Dollar üzərində təzyiqlər artmaqda davam edərsə və 1806$ həddindəki müqavimət səviyyəsi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1845$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
48 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 59 d. əvvəl
-
59 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN





















