"MİDA" üçün Sumqayıt və Füzulidə binaları tikəcək şirkətlər məlum oldu - 21,6 MİLYON MANATLIQ SİFARİŞLƏR
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC "Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində 1 nömrəli 15 mərtəbəli 1 bloklu yaşayış binasının və 14 nömrəli 2 mərtəbəli uşaq bağçasının tikintisi" ilə bağlı tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderdə qalib "Yar İnşaat Təmir Tikinti" MMC - "Araz İnşaatçı" MMC konsosiumudur.
"MİDA" MMC konsorsium ilə məbləği 7 milyon 432 min 784 manat olan müqavilə imzalayıb.
Bundan başqa, "MİDA" MMC "Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 19, 20, 21, 22, 23 və 24 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb. Bu tenderdə qalib "El-Seym İnşaat" QSC - "SNT İnşaat Şirkəti" konsorsiumudur. "MİDA"konsorsium ilə məbləği 14 milyon 209 min 151 manat olan müqavilə imzalayıb.
"MİDA" MMC-nin iki konsorsium ilə imzaladığı müqavilələrin cəmi məbləği 21 milyon 641 min 935 manatdır.
Həmçinin, "MİDA" MMC "Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində ərazinin şəhərsalma əsaslandırılması, tikinti layihəsinin (mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli və yaşayış evləri, sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və sair) hazırlanması və müəllif nəzarəti işlərinin satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb. Tenderin qalibi olan "Kapitel" MMC şirkəti ilə məbləği 582 min 287 manat olan müqavilə imzalanıb.
Qeyd edək ki, Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini də Avqustda imzalanmış 14 milyon 436 min manatlıq müqaviləyə əsasən "El-Seym İnşaat" QSC - "SNT İnşaat Şirkəti" konsorsiumu həyata keçirir.
Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini, sentyabr ayında imzalanmış 13 milyon 956 min manat məbləğində müqaviləyə əsasən, "Merkuri-İnşaat" MMC - "Araz İnşaatçı" MMC konsorsiumu reallaşdırır.
Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 13, 14, 15, 16, 17 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini isə 11 milyon 632 min manat məbləğində olan müqaviləyə əsasən (oktyabr ayının sonunda imzlanıb) "T.T.Ş İnşaat" MMC həyata keçirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 d. əvvəl
-
- 32 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























