ASA ilə UNEC arasında əməkdaşlıq qurulub
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ilə görüşüb.
ASA-dan verilən məlumata görə, görüşdə sığorta sektorunda təlim-tədris proseslərinin sistemli təşkili məqsədi ilə iki qurum arasında qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə edilib.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev görüşü giriş sözü ilə açaraq Assosiasiya haqqında, o cümlədən yerli sığorta bazarının mövcud inkişaf dinamikası və sektorda həyata keçirilən layihələr barədə məlumat verib. İcraçı direktor ASA-nın sığorta sektorunda peşəkar kadrların formalaşmasında maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bununla əlaqədar olaraq yerli nüfuzlu ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıqların qurulması Assosiasiyanın başlıca maraq dairəsindədir.
UNEC-in rektoru, professor Ədalət Muradov da öz növbəsində Assosiasiya nümayəndələrinə Universitet haqqında məlumat verərək həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, UNEC rəqəmsal universitet modelini reallaşdıran bir ali təhsil ocağı olaraq bu gün iqtisadiyyatın bütün sahələri üzrə kadr hazırlığını həyata keçirir. Rektor onu da qeyd edib ki, sığorta sahəsi də Universitetin başlıca maraq dairəsindədir.
Tərəflər arasında, yeni sığortaçıların hazırlığının həyata keçirilməsi məqsədilə ölkədə sistemli sığorta təhsilinin bərpa edilməsi və həyata keçirilməsi, bu prosesə yerli sığorta bazarında fəaliyyət göstərən peşəkar sığortaçıların cəlb edilməsi və bununla da sığorta sahəsində inkişafın təmin olunması məqsədilə bütün mövcud imkanlardan istifadə edilməsi yönündə birgə əməkdaşlığın qurulmasına dair razılıq əldə olunub.
Görüşdə, qeyd olunan istiqamətlər üzrə qarşılıqlı əməkdaşlığın rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında Memorandum imzalanıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü























