Oktyabrda bankların cəmi aktivləri 2.4% artıb
Bankların cəmi aktivləri 44 milyard 660 milyon manatı ötüb.31 oktyabr 2022-ci il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 483, şöbələrinin sayı 94, ATM-lərin sayı 2,965 olmuşdur.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0.8% (186 nəfər) artaraq 22,302 nəfər təşkil etmişdir. Ümumilikdə, cari ilin 10 ayında bank sektorunun işçi sayı 9.7% və ya 1,973 nəfər artmışdır.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 44,660.7 mln. manat, cəmi öhdəlikləri 39,230.7 mln. manat, balans kapitalı 5,430 mln. manat olmuşdur. 2022-ci ilin oktyabr ayında bankların cəmi aktivləri və balans kapitalı 2.4%, cəmi öhdəlikləri müvafiq olaraq 2.5% artmışdır.
Bankların kredit portfeli oktyabr ayında 1.6% (313.6 mln. manat) artaraq 19,470.8 mln. manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56% (10,912.6 mln. manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 10 ayında bankların kredit portfeli 16.9% və ya 2,811.7 mln. manat artmışdır. Biznes portfelinin 10.3%-i və ya 1,120.1 mln. manatı dövlət fondları hesabına verilmişdir.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.2% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 1.8 faiz bəndi azalmışdır.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.1%-i və ya 32,192.1 mln. manat. Depozit portfeli oktyabr ayında 2.6% (818.4 mln. manat) artmışdır. Depozit portfelinin 65%-ni hüquqi şəxslərin depozitləri, 35%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 2.4% (263.6 mln. manat) artaraq 11,256.6 mln. manat təşkil etmişdir. Əmanət portfelinin 53.1%-i (5,974 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18,485.3 mln. manat olmaqla (ay ərzində artım 2.7% və ya 493 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (20,935.5 mln. manat) 88.3%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki aya nəzərən 0.6 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.6 faiz bəndi azalaraq 38.6% təşkil etmişdir.
2022-ci ilin 10 ayında banklar 769.9 mln. manat xalis mənfəət, 1,116.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 178 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 781.6 mln. manat artaraq 1,844.9 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesabları və qeyri-rezident bankların "loro" müxbir hesabları və depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
11 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
2 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
3 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
3 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
3 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib






















